DOKTORANTURA DƏRƏCƏSİ ÜZRƏ İXTİSASLAR

Azərbaycan Turizm və Menecment Universitetində yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və doktorantura təhsilinin təşkilində Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu, "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) rəyasət heyətinin qərarları, qüvvədə olan digər müvafiq qanunvericilik aktları və bu Əsasnamə rəhbər tutulur. Azərbaycan Turizm və Menecment Universiteti ümumilikdə 20-yə yaxın müxtəlif elm sahələrini əhatə edən ixtisaslar üzrə elmi və elmi-pedaqoji kadr hazırlığını doktorantura və dissertantlıq (dissertantura) yolu ilə reallaşdırır. İxtisaslar müvafiq kafedraların sifarişi əsasında alınır.

5102.01: Etnoqrafiya və etnologiya
Dünyа хаlqlаrının məişət və mədəniyyətindən, аdət-ənənələrindən, еtnik birliklərin yаrаnmаsı və inkişаfındаn, оnlаrın yаyılmаsı və qаrşılıqlı mədəni əlаqələrindən bəhs еdən еlmidir. Xalqın məişəti ilə yanaşı Etnoqrafiya bir elm kimi həm də onun mədəniyyətini tədqiq edir. Etnoqrafiya elmi müxtəlif xalqların məişət və mədəniyyətində olan müxtəlifliyi öyrənməklə yanaşı onların oxşar cəhətlərini də nəzərdən qaçırmır, yalnız müasir xalqları deyil həmçinin, hazırda siyasi fəaliyyət səhnəsindən çıxmış, yox olmuş xalqları da öyrənir. Doktorantlar etnoqrafiya elminin tarixi, metodologiyası, tədqiqat üsulları, nəzəriyyələri, başqa elmlərlə əlaqələri, Qafqaz xalqlarının etnoqrafik səciyyəsi və Azərbaycanın etnoqrafik səciyyəsi haqqında biliklərə malik olan kadrlarda bu istiqamət üzrə elmi-tədqiqat aparmaq bacarıqlarını inkişaf etdirməkdir.
Burada iqtisadi nəzəriyyənin, maliyyə və kredit nəzəriyyəsinin müddəaları, maliyyə hüququ, Azərbaycan Respublikasının maliyyə-bank institutlarının fəaliyyətini tənzimləyən Qanunlar və Azərbaycan Respublikası Mərkəzi Bankının və respublika ərazisində fəaliyyət göstərən digər bankların fəaliyyətinə dair hazırladığı Normativ xarakterli sənəd və təlimatların analizi təşkil edir. Tədris prosesində beynəlxalq əhəmiyyətli maliyyə -kredit təşkilatlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli sənəd və təlimatlarlarından, elmi-tədqiqat nəşrlərinə istinad məqsədəuyğundur.Dövlət maliyyəsinin səmərəli istifadəsinə, maliyyə qurumlarının fəaliyyətinin elmi cəhətdən tənzimlənməsi proseslərinə dair elmi-tədqiqatların təşkil edilməsi əsas məqsəddir.
İqtisadi və xidmət sahələrində göstərilən fəaliyyət sahələrini əhatə edən iqtisadi fəaliyyət növləri “İqtisadi fəaliyyət növləri” ixtisası üzrə materiallar bakalavr və magistr hazırlığı prosesində tədris edilmiş “Sahibkarlıq fəaliyyəti”, “Maliyyə menecmenti”, “Sənaye iqtisadiyyatı”, “İnvestisiya fəaliyyətinin təhlili”, “İqtisadi riyazi üsulları”, “Xarici-iqtisadi fəaliyyət”, “Marketinq” fənlərinin tədris proqramı əsasında tərtib edilmişdir. Doktoranturaya qəbul imtahanının proqramına daxil edilmiş mövzuların məntiqi ardıcıllığı elə qurulmuşdur ki, doktoranturaya daxil olmaq istəyən mütəxəssisin göstərilən fənlər üzrə bilik səviyyəsini müəyyən etmək mümkün olsun. Proqrama daxil edilmiş mövzular “İqtisadi fəaliyyət növləri” üzrə lazım olan minimum bilikləri məntiqi ardıcıllıqla əks etdirir. Bu isə imtahan vaxtı doktoranturaya daxil olmaq istəyən mütəxəssisin bu istiqamətlər üzrə öz yanaşma tərzini ortaya qoymasına imkan yaradır.
Bu ixtisasın məqsədi doktorant və dissertantların “Ümumi iqtisadiyyat” sahəsində nəzəri bilik və praktik bacarıqlar əldə etməsini təmin etməkdir. İxtisasın mənimsənilməsində əsas vəzifələr iqtisadi sistemlərin fəaliyyəti sahəsində meydana çıxan iqtisadi münasibətlərə dair nəzəri biliklərin və praktiki bacarıqların formalaşdırılması; müasir qloballaşan iqtisadi münasibətlərin inkişaf tendensiyalarını nəzərə almaqla bötüvlükdə iqtisadi hadisə və proseslərin təhlilinin metod, mexanizm, alət və texnologiyalarının öyrənilməsidir. Ümumi iqtisadi inkişaf konsepsiyalarının araşdırılması və tətbiqi üçün hazırlanması məsələlərinə müasir yanaşmanın təmin edilməsini nəzərdə tutut.
Müəssisələrin təşkili və idarə olunması adlı ixtisasda müəssisələrin idarəedilməsinin müasir vəziyyətinin nəzəri və praktiki problemlərinin həllinə istiqamətlənmiş müddəalara diqqət yetirilir. Belə ki, rəqabətli, inklüziv, dayanıqlı iqtisadi məqsədlərə nail olmaq üçün təhsilin insan kapitalına töhfəsi, yeni müəssisələrin yaradılması, fəaliyyətdə olan müəssisələrin işinin daha səmərəli olmasına kömək üçün əmək məhsuldarlığının yaxşılaşdırılması, investisiyanın cəlb olunması, maliyə vəsaitlərinin təşkili və səmərəli istifadəsi, müəssisə strategiyasının işlənməsi və reallaşdırılması, korporativ dəyərlərin formalaşması, müəssisədə əlverişli biznes mühitinin yaxşılaşdırılması, müəssisədə davranış qaydalarının təkmilləşdirilməsi, mövcud resurslardan daha səmərəli istifadə edilməsi, həmçinin yerli şirkətlərin dünya bazarlarında daha uğurlu rəqabət aparmasına şərait yaratmaq üçün onların idarəetmə təcrübələrinin və səmərəliliyinin artırılması və s. məsələlər öz əksini tapmışdır. Bazar iqtisadiyyatı və qloballaşma dövründə rəqabətə davamlı və bazarın sərt qanunlarına cavab verəcək müəssisələrin təşkili və müasir tələblərə cavab verə biləcək səviyyədə idarəedilməsi prinsipləri araşdırılır.
Milli iqtisadiyyatın dayanıqlı və tarazlı inkişafı ona daxil olan bütün sahələrinin inkişaf səviyyəsindən, səmərəli fəaliyyətindən və inkişaf tempindən asılıdır. Milli iqtisadiyyatda ayrı-ayrı sahələrin payı onun inkişaf səviyyəsini müəyyən edir. Belə ki, inkişaf etmiş ölkələr aqrar inkişaf, sənayenin inkişafı və xidmət sahələrinin inkişafına əsaslanan postindustrial inkişaf mərhələlərini keçmişlər. Bununla belə, bu inkişaf mərhələləri əsasən ölkənin malik olduğu iqtisadi potensialın reallaşma səviyyələri ilə müəyyən olunur. Çünki sənaye hesabına inkişaf imkanları məhdudlaşdıqda xidmət sahələri hesabına inkişaf imkanları formalaşır. Ölkənin davamlı iqtisadi inkişafının təmin olunması iqtisadiyyatın sahələri arasında tarazlığın yaradılmasını, əmək, təbii və maddi resurslardan səmərəli istifadəni zəruri edir. Son dövrlər ölkənin kompleks sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər qeyri-neft sektorunun inkişafına zəmin yaratmışdır. Eyni zamanda bu istiqamətdə həyata keçirilən tədbirlər yoxsulluq səviyyəsinin azaldılmasına, iqtisadiyyatın özünü inkişaf qabiliyyətinə malik olmasına və ölkənin rəqabətqabiliyyətliliyinin də artmasına səbəb olacaqdır.Müxtəlif sahələr üzrə iqtisadi mənfəətin və inkişafın təmin edilməsi baxımından təhlillərin aparılması, səmərəliliyinin artırılması məsələlərinin həlli əsas məqsədi təmin edir.
Bu ixtisasda tarixi, siyasi, rekreasiya coğrafiyası üzrə tədris olunan nəzəri-metodoloji və regional fənlərin ümumi məsələlərindən bəhs olunur. Burada: 1. Tarixi coğrafiya, 2. Siyasi coğrafiya, 3. Rekreasiya coğrafiyası bölmələri üzrə materiallar geniş şəkildə öz əksini tapmışdır. Azərbaycan ərazisinin coğrafi baxımdan rəngarəngliyi və rekreasiya fəaliyyətinin həyata keçirilməsinin əsaslandırılmış təhlili ixtisasın əsas məqsədlərindəndir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ali məktəblərdə “Beynəlxalq münasibətlər tarixi” ixtisasının tədrisi işinə geniş yer verilmişdir. İxtisas çərçivəsində qədim dövrdə beynəlxalq münasibətlər və diplomatiya, qədim və orta əsr Azərbaycan dövlətlərinin xarici siyasəti, erkən orta əsrlərdə diplomatiya, XI-XVIII əsrlərdə beynəlxalq münasibətlər, Amerika Respublikasının diplomatiyası (1775-1794-cü illər), Fransa burjua inqilabı və Napoleon hakimiyyəti dövründə diplomatik münasibətlər, Avropa inqilabları dövründə beynəlxalq münasibətlər (1830-1850), Krım müharibəsi ərəfəsində və dövründə beynəlxalq vəziyyət, Fransa-Prussiya müharibəsi ərəfəsində və dövründə Avropa diplomatiyası, Birinci dünya müharibəsi və ondan sonraki dövrdə beynəlxalq münasibətlər, Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq münasibətlərdə, II Dünya müharibəsi ərəfəsində beynəlxalq münasibətlər, iki qütblü dünya sistemi dövründə beynəlxalq münasibətlər, Soyuq müharibədən sonraki dövrdə beynəlxalq siyasət və s. məsələrin öyrənilməsi nəzərdə tutulur. Müasir dövrdə Azərbaycan Respublikasının Beynəlxalq münasibətlər sistemində yer və roluna xüsusi diqqət yetirilir.
Bu ixtisasda beynəlxalq hüquq anlayışı və predmeti, beynəlxalq hüququn xüsusiyyətləri, beynəlxalq hüququn dövlətdaxili hüquqdan əsas fərqləri, beynəlxalq hüququn subyektləri, beynəlxalq hüququn obyektləri, beynəlxalq hüquq normalarına riayət edilməsinə məcburiyyətin xüsusi qaydası, beynəlxalq hüququn mənbələri, beynəlxalq ümumi hüquq və beynəlxalq xüsusi hüquq, müasir beynəlxalq hüququn əsas cəhətləri, beynəlxalq hüququn funksiyaları, beynəlxalq hüquq və xarici siyasət, beynəlxalq hüquq və diplomatiyanın qarşılıqlı əlaqəsi, ideologiya və beynəlxalq hüquq üzrə mövzular və onların məzmunu konkret şəkildə öyrənilir və beynəlxalq hüquq prinsiplərinin vətəndaş hüququna tətbiqi məsələləri əsaslı şəkildə öyrənilir. Beynəlxalq hüququn insan inkişafına təsiri araşdırılır və tətbiq edilmək üçün hazırlanır.
Müasir Slavyan dili (Rus dili), fərdi tarixi dil proseslərini nəzərə alaraq müasir rus dilinin ən vacib fonetik, qrammatik və sintaktik xüsusiyyətlərinin təsvirinə həsr olunmuş təlim-tədqiqat istiqamətidir. Filologiyanın fundamental aspektləri sahəsində nümayəndəliklərin təşkili: nəzəriyyələr və slavyan dilçiliyinin metodologiyası, slavyan dillərinin tarixi və etimologiyası dialektologiya, dilarası təmaslar, etnomədəni şüur və onun proyeksiyası ixtisasda geniş şəkildə şərh edilmişdir.
Hind Avropa dilləri ailəsinə daxildir. Bu dil qrupuna ingilis dili, Alman dili, Holland dili va digər qərbi va şimali Avropa dilləri daxildir. Bu dillərin fonetikasi, qrammatikasi, leksikasi, sosiolinqvistikasi va praqmatikasi müasir dilçiliyin aktual problemlərindəndir. Bu problemlərin tədqiqi ixtisasın əsas fəaliyyət dairəsini təşkil edir.
Bu ixtisasda pedaqogikanın əsasları, tədris nəzəriyyəsi; tərbiyə nəzəriyyəsi və metodikası; təhsil sistemində rəhbərlik və idarəetmə mövzuları üzrə məsələlərin izahı geniş şəkildə şərh olunur. Təhsilin təşkili və müasirləşdirilməsi tədbirlərinin araşdırılması. Müxtəlif forma və üsulların araşdırılması və inkişaf etdirilməsi problemlərinin araşdırılması.
Beynəlxalq münasibətlər ixtisası, siyasi elmlərin bir sahəsi olaraq, onun bir sıra problemlərinin öyrənilməsini nəzərdə tutur. Burada, beynəlxalq münasibətlər elm sahəsinin yaranması və inkişafı, onun nəzəri-metodoloji əsasları, müasir beynəlxalq münasibətlər sistemi, onun inkişafı və transformasiyasının qanunauyğunluqları, dünya düzəni və onun əsas tarixi tipləri, müasir beynəlxalq münasibətlər sisteminin əsas meylləri, o cümlədən qloballaşma, demokratikləşmə və inteqrasiya, beynəlxalq münasibətlərdə təhlükəsizlik və silahlar üzərində nəzarət, o cümlədən nüvə silahları və nüvə təhlükəsizliyi, beynəlxalq münaqişələr və beynəlxalq terrorizm, beynəlxalq münasibətlərdə demoqrafiya və ətraf mühit problemləri, beynəlxalq münasibətlərin iqtisadi, hüquqi və əxlaqi məqamları, xarici siyasət və diplomatiya, habelə müasir beynəlxalq münasibətlərdə qlobal idarəetmə kimi problemlər və bu problemə yanaşmalar öyrənilir.
Bu ixtisas üzrə dövlət idarəçiliyi nəzəriyyəsinin tarixi inkişafı, nəzəri-metodoloji əsasları, dövlət idarəçiliyi sistemində mərkəzi-yerli idarəetmə orqanları arasında münasibətləri, dövlət idarəçiliyi sistemində dövlətlə cəmiyyətin qarşılıqlı əlaqəsi, “yeni dövlət idarəçiliyi” (New Public Management), dövlət idarəçiliyi və siyasət, dövlət idarəçiliyində strategiya, “yaxşı idarəçilik” (Good Governance), yerli özünü idarəetmə, dövlət idarəçiliyinə qloballaşmanın təsirləri, dövlət orqanlarında elektron xidmətlərin təşkili, Azərbaycanda müasir dövlət idarəçilik sisteminin formalaşması, Dövlət idarəçiliyi nəzəriyyəsi və praktikasının zənginləşməsinə Heydər Əliyevin töhfəsi, çox tərəfli əməkdaşlıq və beynəlxalq təcrübə, dövlət idarəçiliyində nəzarət sisteminin təşkili və s., məsələlərin izahı geniş şəkildə öz əksini tapmışdır.
Bu ixtisas əsas mədəniyyətin nəzəriyyəsi və tarixini əhatə edir. İxtisasda mədəniyyətin mahiyyəti, xüsusiyyətləri, strukturu, funksiyaları, insan və cəmiyyətin həyatındakı yeri, rolu, tarixi təkamül tendensiyaları və problemləri əks olunur. Dünya mədəniyyətinin çoxəsrlik inkişaf tarixi diqqət mərkəzindədir. Bu məqsədlə ixtisas İbtidai icma, Qədim dövr, Orta əsrlər, Yeni dövr və XIX-XX əsrlər mədəniyyətinin tarixi inkişaf mərhələlərini əhatə edən bölmələrdən ibarətdir. Dünya mədəniyyətinin tarixi təkamülü ilə tanışlıq tələbələrə ayrı-ayrı dövrlərdə mədəniyyətlərin inkişaf və ya tənəzzülünün səbəblərini, mədəniyyətin insan həyatında fundamental rolunu göstərir. Cəmiyyətin mədəni inkişafı, qlobal və kütləvi mədəniyyət, spesifik mədəniyyət və milli mədəniyyət məsələlərinin qarşılıqlı təsviri məsələləri istiqamətin əsas araşdırma mövzusudur.
Sosial dəyişiklik və inkişaf ixtisası dünyada və cəmiyyətimizdə baş verən hadisə və prosesləri dərk etməyə imkan verir, bərabərsizlik, yoxsulluq və zənginlik, millətlərarası, iqtisadi və siyasi münaqişələri, böhranları, mədəni və sivilizasion prosesləri və s. problemləri öyrənir. Bu ixtisasın öyrənilməsi sosioloq-tədqiqatçıların yaşam və vətəndaş mövqelərinin, o cümlədən, peşakar dəyərlərinin formalaşması prosesinə aktiv təsir göstərir. “Sosial dəyişiklik və inkişaf” ixtisası elmi-təcrübi fəaliyyət üçün zəruri olan kompleks sosioloji biliklərin qazanılmasına, cəmiyyətdəki sosial prosesləri əks etdirən anlayışların mənimsənilməsinə, effektiv idarəetmə vərdişlərinin seçimi qabiliyyətinin formalaşdırılmasına yönəlmişdir.“Sosial dəyişiklik və inkişaf” ixtisasının məqsədi tədqiqatçılarda cəmiyyət və insanın sosial aləmi haqqında elmi təsəvvürlərin formalaşdırılması, sosial təfəkkürün inkişafı, dünyadakı və xüsusən, Azərbaycanda sosial proseslərin və sosial münasibətlərin spesifikasını aşkarlamaqdır, həmçinin, sosial dəyişikliklər və inkişaf sahəsində qazanılmış biliklərin tədqiqatçıların peşəkar fəaliyyətlərində və sosial aktivliyin digər sferalarında tətbiqi vərdişlərinin formalaşdırılmasıdır.
İxtisas üzrə sosial problemlərin mahiyyəti, sosioloji bilik sisteminin sosial problemlərin öyrənilməsində rolu, empirik sosioloji tədqiqatların metodikası və texnikasının sosial problemlərin araşdırılmasında rolu, sosial problemlərin tədqiqində sosioloqların rolu, mədəniyyət və cəmiyyət sosial problemlər kimi, şəxsiyyət və cəmiyyət sosial problem kimi, ailə və gender münasibətləri sosial problem kimi, sosial birlik və sosial sistem kimi cəmiyyətin mahiyyəti, kütləvi kommunikasiya, siyasət və iqtisadiyyat sosial problem kimi, sosial dəyişikliklər və idarəetmə sosial problem kimi mövzular geniş şəkildə öyrənən tədqiqatçı mütəxəssislərin hazırlanması ön plana qoyulur.