Qəbul qaydaları

Əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır.

Əlavə ali təhsil almaq üçün ATMU-ya sənədlərini təqdim etmiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər seçdikləri ixtisas üzrə əlavə bakalavr təhsili alan tələbələr sırasına qəbul edilirlər. Əlavə bakalavr təhsili almaq üçün tələbələr sırasına qəbul edilmiş şəxslərin əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq təhsil müddəti müəyyənləşdirilir. Əvvəl aldığı ixtisasın təhsil proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, tələbə həmin fənlər üzrə məşğələlərdən və attestasiyadan azad olunur. Əlavə bakalavr təhsili üzrə proqram və tədris planı əsasında ali  təhsilini müvəffəqiyyətlə başa vuranlara bakalavr  dərəcəsi və ali təhsil haqqında diplom verilir.

Əlavə məlumat:

  • Təhsil qiyabi formada Azərbaycan və rus dilində aparılır.
  • Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
  • Xaricdə təhsil almış şəxslər əlavə bakalavr təhsili almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq prosedura (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.
Tələb olunan sənədlər
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Diplomun surəti (notarial qaydada təsdiq edilmiş )
  • Əmək kitabçasının surəti
  • İş yerindən arayış
  • Tibbi arayış
  • 3x4 ölçüdə 4 ədəd fotoşəkil
  • Təhsil müəssisəsi rəhbərinin adına ərizə (ATMU-da yazılacaq)