Elmi rəhbər: t.ü.e.d., prof. Əsədova Minaxanım Rafiq qızı
Tədqiqatın məqsədi Bakı qalasının yaranma tarixini tədqiq etmək, İçərişəhər tarixi-memarlıq abidələrinin kulturoloji təhlilini aparmaq, Sovet və müstəqillik illərində İçərişəhər kompleksinin vəziyyətini araşdırmaqdan ibarətdir. Tədqiqatın obyekti İçərişəhər və onun tarixi-memarlıq abidələridir. Tədqiqatın predmetini İçərişəhər kompleksinin yaranma tarixinin mərhələləri, müasir dövrdə İçərişəhər kompleksində baş verən yeniliklər, kompleksə daxil olan tarixi-memarlıq nümunələrində istifadə edilmiş memarlıq üslubu və ənənələri təşkil edir. Tədqiqat işində İçərişəhərin tarixi xronoloji ardıcılığına əməl edərək müqayisəli təhlil metodundan istifadə edilir.
Elmi rəhbər: i.ü.e.d., prof. Məmmədov Fizuli Əziz oğlu
Cəmiyyətin inkişafının müasir mərhələsində turizm iqtisadiyyatın ən iri və dinamik surətdə inkişaf edən sahəsi, dünyanın bir çox ölkələrinin xarici iqtisadi fəaliyyətinin mühüm hissəsidir. Azərbaycan Respublikasında turizm və sosial-mədəni servis xidmətinin araşdırılması aktual məsələlərdən biridir. Belə ki, turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli istifadə edilməsini, ekskursiya, səyahət və turist marşrutlarının təşkilini, həmçinin turistlərin başqa xidmət növlərindən istifadənin gücləndirilməsini öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Dissertasiya işinin məqsədi: Turizmin iqtisadi, sosial, mədəni, siyasi və psixoloji funksiyaları hal-hazırda fərqli bir inkişaf müstəvisində olaraq, demək olar ki, bütün ölkələrin diqqətini çəkməkdədir. İqtisadiyyatını bütövlükdə turizmə dayayan ölkələr öz iqtisadi müqəddəratını davam etdirə bilmək üçün, bu sahənin inkişafına xüsusi diqqət edirlər. Dissertasiya işinin məqsədi iqtisadi və sosial cəhətdən turizmin inkişaf inkişafının əsas xüsusiyyətlərinin və istiqamətlərinin tədqiq olunması və onun təkmilləşdirilməsi təkliflərinin işlənib-hazırlanmasıdır. Dissertasiya işinin predmeti: Ölkədə turizm və sosial-mədəni servis xidmətinin formalaşmasının əsаs istiqаmətlərinin müəyyən olunması və onun ölkənin sosial-iqtisadi inkişafındakı rolunun qiymətləndirilməsi. Dissertasiya işinin obyeti: Ölkədə fəaliyyət göstərən turizm obyektlərindən ibarətdir. Dissertasiya işində istifadə olunmuş tədqiqat metodları: Yerli və xarici ölkə alimlərinin fundamental tədqiqatlarının nəticələri, iqtisadi nəzəriyyə, dialektikanın prinsipləri, anlayışları, kateqoriyaları, qanunları və onların iqtisadi tədqiqatlarda tətbiqi xüsusiyyətləri, yeni tələbata uyğun xidmətlərin göstərilməsi ilə əlaqədar “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsinə dair dövlət proqramları və digər normativ hüquqi sənədlər, ölkə başçısının müvafiq fərmanları təşkil edir.
Elmi rəhbər: h.ü.e.d., prof. Əliyev Əmir İbrahim oğlu
Tədqiqatın aktuallığı: Ermənistan Respublikası tərəfindən Azərbaycan xalqına qarşı törədilən beynəlxalq cinayətlər içərisində müharibə cinayətləri xüsusi yer tutur. Burada ətraf mühitə qarşı törədilən cinayətlər, müharibə qanun və adətlərinin pozulması, mülki şəxslərə qarşı törədilən cinayətlər, tarix və mədəniyyət abidələrinin dağıdılması, əsir və girovların götürülməsi, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma, hərbi əsirlərlə rəftar qaydalarının pozulması və s. beynəlxalq cinayətlər xüsusi yer tutur. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə (822, 853, 874, 884 nömrəli) qeyd olunduğu kimi, regional sülh və təhlükəsizliyə təhlükə kimi nəzərdən keçirilməlidir. Dissertasiya işinin məqsədi Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində törədilən müharibə cinayətlərini beynəlxalq-hüquqi sənədlərlə təhlil etmək və Ermənistanın beynəlxalq-hüquqi məsuliyyət məsələlərini araşdırmaqdır. Tədqiqat metodları kimi tarixi-hüquqi, müqayisəli-hüquqi, məntiqi-analiz və elmi araşdırmanın başqa əhəmiyyətli metodlarından istifadə ediləcəkdir. Dissertasiya işində istifadə ediləcək mənbələr kimi mühüm beynəlxalq-hüquqi sənədlər, tarixi mənbələr və beynəlxalq praktikadan geniş istifadə edilməsi nəzərdə tutulmuşdur.
Elmi rəhbər: i.e.d.,prof. Qasımov Süleyman Mehrəli oğlu
Dissertasiya işinin məqsədi: Dünyada baş verən son maliyyə böhranı və onun hələ də bitməyən fəsadları, enerji daşıyıcılarının qiymətində baş verən kəskin dəyişikliklər, həmçinin bu ilin əvvəlindən baş verən “Koronovirus – 19” kimi bioloji təsir amilləri digər ölkələr kimi Azərbaycan Respublikası üçün bir çox ciddi siyasi, sosial və iqtisadi problemlər yaratmaqdadır. Bütün bu kimi ciddi problemlərin həlli ilə bağlı tədqiqatların aparılması iqtisadi inkişafın sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də iqtisadiyyatların inkişafı zəruri maliyyə-kredit təminatının yaxşılaşdırılmasını və bank sektorunun müasir tələblər baxımından təkmilləşdirilməsini gündəmə gətirməkdədir. Dissertasiya işinin əsas məqsədi – Azərbaycanda bank sektorunun fəaliyyətinin fəallaşdırılması istiqamətlərinin müəyyən edilməsi, bu sektorun sosial-iqtisadi inkişafındakı rolunun artırılması, yeni və müasir tələblərə uyğun bank xidmətlərinin tətbiqi üzrə əsaslandırılmış təklif və tövsiyələr irəli sürməkdədir. İstifadə edilən tədqiqat metodları. Dissertasiya işinin hazırlanmasında ənənəvi tədqiqat metodları ilə yanaşı, müasir araşdırma vasitələrindən istifadə zəruri hesab edilir. Belə ki, dissertasiya işində müqayisəli təhlil, retro qiymətləndirmə, statistik təhlil və qiymətləndirmə, ekspert qiymətləndirməsi, ölkə və xarici təcrübədə məqbul hesab edilən sorğu-nəticə qiymətləndirmələri kimi tədqiqat metodlarından istifadəyə üstünlük verilir. Tədqiqat işinin obyekti. Tədqiqat işinin əsas obyekti olaraq - Azərbaycan Respublikasının maliyyə bazarları - bank sektoru götürülür. Həmçinin, tədqiqatın gedişinə uyğun olaraq region və dünya bank sektoru ilə bağlı vacib tədqiqat obyektlərinə də diqqət yetirilməsinə üstünlük verilir. Tədqiqatın predmeti – bank sektorunun nəzəri-konseptual və metodoloji əsaslarının müasir tələblər baxımından tədqiqi, maliyyə-bank sektorunun müasir inkişaf səviyyəsinin qiymətləndirilməsi və təkmilləşdirilməsi məsələlərini əhatə edir.
Elmi rəhbər: f.ü.e.d., prof. Əhmədli Rafail Ayvaz oğlu
Mövzünün aktuallığı: İntellektual kapital anlayışı dövrümüzün ən aktual və vacib məsələlərindən biridir. İntellektual kapitalın mahiyyəti və sosial əhəmiyyətində hər şeydən öncə intellektual kapitalın terminoloji izahına diqqət yetirilməlidir. Burda intellektual kapital ümumi insan kapitalının tərkib hissəsi kimi nəzərdən keçirilməli, onun izahı və şərhi ilə bağlı nəzəri yanaşmalar açıqlanmalıdır. Eyni zamanda intellektual kapital sosial kontekstdə təhlil olunmalıdır. Tətqiqatın məqsədi: Artıq qeyd etdiyimiz kimi intellektual kapital qloballaşan dünyadadövlətin əsas rəqabət qabiliyyətini müəyyən edən amillərdən biridir. İntellektual kapital bir imic və reytinqdir. Bu baxımdan Azərbaycan üçün olduqca önəmli bir məsələdir. Azərbaycanda intellektual kapitalın tədqiqi, onunpotensialının əsas göstəricilərinin müəyyən edilməsi və bu göstəricilərin dövlətin imicinə nə dərəcədə xeyir gətirdiyini bilmək önəmlidir. Artıq qeyd etdiyimiz kimi intellektual kapitalın formalaşması və inkişafı Azərbaycanda sosial siyasətin prioritet istiqamətlərindən biridir. İntellektual kapitalın əhəmiyyətini dərk edən Azərbaycan höküməti intellektual kapitalın formalaşması və beynəlxalq standartlara uyğunlaşdırılması üçün ən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirir. Bu tədbirlərin böyük bir qismi sırf sosial siyasətin əsas mexanizmləri kimi gözdən keçirilməlidir. Bu işdə Azərbaycan hökümətinin gördüyü əsas iş bu sferaya sərmayə qoyuluşudur İntellektual kapitalın formalaşmasına sərmayə yatırımları Azərbaycanın dövlət büdcəsinin məsrəflərində əhəmiyyətli paya malikdir. Bunun öyrənilməsi vacibdir.
Elmi rəhbər: Ant.ü.e.d.,prof. Məmmədli Əliağa Əyyub oğlu
Etnoqrafiyanın qarşısında duran əsas məsələlərdən biri tarixən formalaşmış milli mədəni ənənələrin öyrənilməsidir. Biz də bu prinsipdən və etnoqraf H. A. Həvilovun hər bir xalqın mədəniyyətində keyfiyyət özünəməxsusluğu olduğu və bunun da hər bir xalqın etnik və ya milli ənənəsini təşkil etdiyi fikrindən yola çıxaraq ” Azərbaycanlıların ənənəvi həyat tərzində fiziki mədəniyyətin rolu” mövzunu öyrənməklə Azərbaycan xalqının müdafiə qüdrətinin əsasını təşkil edən fiziki mədəniyyətin tarixini, xarakterini, rəngarəngliyini, onun yayılma səviyyəsini, xalqın fiziki mədəniyyət sahəlri ilə bağlı düşüncə, mənimsəmə, bacarıq və hazırlıq göstəricilərini, geyim və sənətkarlıq sahələrininin fiziki mədəniyyətin müxtəlif növlərinin inkişafına təsirini, müxtəlif dövrlərdə fiziki mədəniyyətin xalqın yaşamında rolunu və Azərbaycanda yaranan və istifadə olunan fiziki mədəniyyətin ayrı-ayrı oyun və yarışların bugünkü fiziki tərbiyənin inkişafına təsirini araşdırdıq. Azərbaycan xalqının zəngin mədəni irsində hərbi və yarış xarakterli fiziki tərbiyə mədəniyyəti və onun tərkibindəki müxtəlif oyun və yarışlar əhəmiyyətli yer tutur. Bizim fikrimizcə Azərbaycan xalqının yaşamında mühüm rol oynayan fiziki mədəniyyətin ayrı-ayrı qolları, onların xalq arasında yayılma və inkişafını, bugünkü fiziki tərbiyəyə, müxtəlif oyun və yarışların formalaşmasına təsirini olduqca böyükdür. Dissertasiya mövzusunu obyektiv və hərtərəfli tədqiq etmək üçün etnoqrafiya elminin istifadə etdiyi bütün üsul və metodlardan yararlanmağa çalışmışıq. Bu məqsədlə fiziki mədəniyyətin müəyyən sahələrini araşdırarkən bilavasitə müşahidə, bəzi təlim növlərinin bərpası zamanı informatorlarla müsahibə tədqiqat üsullarından, eyni zamanda müəyyən təlim növləri, oyun və yarışlarla bağlı qeyri-müəyyənliyi aradan qaldırmaq üçün metodoloji prinsiplərindən: tarix-müqayisə, kompleks yanaşma, tipaloji təhlil, struktur-sistem və s. metodlarından istifadə edilmişdir. Araşdırmanın obyekti Azərbaycan xalqının yaratdığı qədim tarixə və müxtəlif qollara malik fiziki mədəniyyət, predmeti isə bu böyük mədəniyyətin izlərini daşıyan arxeoloji tapıntılar, qayaüstü təsvirlər, şifahi xalq ədəbiyyatı, toxuma, oyuma, döymə, yonma və s. yaradıcılıq məhsullarıdır.
Elmi rəhbər: Siy.e.ü.e.d. Həbibova Ziyafət Ziya qızı
Dövlət qulluğu sahəsində islahatların həyata keçirildiyi bir dövrdə dövlət qulluğunun Azərbaycanın dövlətçilik tarixində keçdiyi inkişaf yolunun öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki tarix yalnız keçmişin güzgüsü deyil, həm də səhvlərdən faydalanmaq üçün bir vasitədir. Azərbaycan Respublikasında dövlət qulluğu inkişafı tendensiyası özündə elektron xidmətlərin tətbiqini də əks etdirir. Elektron xidmətlərin tətbiqinin genişlənməsi vətəndaş-məmur münasibətlərinin, korrupsiyanın azalmasına gətirib çıxardır. Bu da nəticədə vətəndaş məmnunluğuna gətirib çıxardır. Dissertasiya işinin əsas məqsədi Azərbaycanda dövlət qulluğunun tarixini, onun inkişaf mərhələlərini araşdırmaq, dövlət qulluğunun dövlətin idarə olunmasında başlıca zərurətə çevrilməsini göstərmək, dövlət qulluğu sahəsidə yaranan əlaqələrin xarakterini, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində dövlət qulluğu üzrə qanunvericiliyin təkminləşmə istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Tədqiqatın predmeti Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində dövlət qulluğunun müasir vəziyyətinin qiymətləndirilməsi və bunun əsasında səmərəli idarəçiliyə dair təklif və tövsiyələrin hazırlanmasıdır. Tədqiqat obyekti kimi ölkəmizin dövlət idarəçiliyi-dövlət qulluğu sistemi seçilmişdir.
Elmi rəhbər: i.ü.e.d., prof. Sultanova Rəna Polad qızı
Turizm həm iqtisadiyyatın güclü amili, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. Azərbaycan dövləti turizm sahəsinin inkişaf etdirilməsini iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edərək regional turizmin inkişafına üstünlük verir. Son illər regional turizmin təşviqi ilə bağlı görülən işlər, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi “Azərbaycanda regional turizm fəaliyyətinin dövlət tənzimlənməsi” mövzusunun aktuallığını sübut edir. Tədqiqatın məqsədi - Azərbaycanın qlobal və yerli kontekstdə turizm bölgəsi kimi rəqabət qabiliyyətliliyinin araşdırılması və regional turizm fəaliyyətinin dövlət tənzimlənməsinin öyrənilməsi və inkişaf yollarının təhlilidir. Müəyyən olunmuş məqsədə çatmaq üçün qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur:
- Azərbaycanda regional turizmin inkişafının mövcud vəziyyətinin araşdırılması;
- Turizm sahəsində ölkədə həyata keçirilən dövlət proqramlarının öyrənilməsi;
- Turizmin ölkə regionlarının və ümumi iqtisadiyyatın inkişafına təsirinin öyrənilməsi;
- Turizmin inkişaf və təkmilləşdirilməsi yollarının araşdırılması;
- Azərbaycanda regional turizmin inkişafınında yaranan problemlərin təhlil edilməsi və onların həll yollarının işlənməsidir.
Elmi rəhbər: h.ü.e.d., prof. Quliyev İbrahim Oruc oğlu
Mövzunun aktuallığı: Ötən əsrin əvvəlindən beynəlalq hüququn sürətlə inkişaf etməsi və ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərinə təsirinin genişlənməsi onun araşdırılaraq öyrənilməsi zəruriliyi, eləcə də dövlət və hüquq nəzəriyyəsi baxımından dövlətdaxili hüquqla qarşılıqlı münasibəti barədə mülahizəər irəli sürməyə imkan yaradır. Bu məsələnin vacibliyi həm də çağdaş dünyamızda gedən qloballaşma və inteqrasiya prosesləri ilə əlaqədar artır, həmçinin nəzərə almaq lazımdır ki, müasir dünyamızda beynəlxalq münasibətlərin formalaşması qaçılmaz surətdə həmçinin ümumilikdə turizm sahəsinin inkişafına da təsirsiz ötüşmür. Tədqiqatın məqsəd və vəzifələri: Dissertasiya tədqiqatının məqsədi Azərbaycan Respublikasının iştirakı ilə turizm sahəsində müasir beynəlxalq-hüquqi əməkdaşlığının kompleks şəkildə təhlil olunmasından, bu sferada mövcud olan problemlərin üzə çıxarılmasından, habelə bu problemlərin həlli yolları ilə bağlı təkliflərin işlənib hazırlanmasından ibarətdir. Qeyd etdiyimiz məqsəd aşağıdakı vəzifələrin həll edilmə zəruriliyini şərtləndirmişdir:
- beynəlxalq turizm sahəsində beynəlxalq-hüquqi təməlin nəzəri əsaslarını işıqlandırmaq;
- beynəlalq turizmin ən mühüm kateqoriyalarının mahiyyətini və spesifik cəhətlərini üzə çıxarmaq;
Azərbaycan Respublikasının iştirakı ilə turizm sferasında mövcud münasibətlərin beynəlxalq-hüquqi tənzimlənməsinin hazırki vəziyyəti və gələcək perspektivlərinin kompleks şəkildə dəyərləndirilməsi cəhdi həyata keçirilmişdir. Tədqiqat işinin nəzəri-metodoloji əsası qismində yerli və xarici iqtisadçı-alimlərin turizm sahəsində biznes infrastrukturun inkişaf etdirilməsinin təşkilati-iqtisadi problemlərinə həsr olunmuş elmi işləri çıxış edir. Tədqiqat işi aparılarkən müəllif respublikada turizmin inkişafı və təkmilləşdirilməsi problemləri ilə bağlı Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına, Nazirlər Kabinetinin Qərarlarına, eləcə də digər normativ-hüquqi aktlara əsaslanır.
Elmi rəhbər: sən.ü.e.d. Dünyamalıyeva Sabirə Səfi qızı
Disertasiyanın məqsədi: Şəki-Zaqatala regionu ərazisində yaşayan etnik xalqların yaşayış məskənlərini, məişət əşyalarını, mətbəx mədəniyyətini, tarixi və milli geyim nümunələrini, folklor, musiqi, rəqs nümunələrini, həmçinin tarixən formalaşmış dini inanc sisteminə aid olan dəyərləri elmi baxımdan araşdırmaq və azsaylı xalqların tarixini, maddi və mənəvi dünyasını təhlil etmək, regiondakı tarix–diyarşünaslıq muzeylərinin bu mədəniyyətlərin tanıdılması və yaşadılması yolunda nə şəkildə xidmət göstərə biləcəyini üzə çıxarmaqdan ibarətdir. Etnik qruplara mənsub gənclərin milli özünüdərki məxsus olduqları mədəniyyətlərin maddi–mədəni irsini yaşatmaq, qloballaşma və milli mədəniyyətlərin inteqrasiyasını şərtləndirən tarix–diyarşünaslıq muzeylərinin əvəzsiz rolunu və əhəmiyyətini detallı tədqiq etmək dissertasiya işində qarşıya qoyulan əsas vəzifələrdəndir. Tədqiqat metodları: tədqiqatın nəzəri və metodoloji əsasını tarixi, etnoqrafik materialların təhlilinə elmi yanaşma prinsipi təşkil edir. Tədqiqatçı problemi araşdırarkən regionda olan tarix-diyarşunaslıq muzeylərindən əldə olunan materiallara üstünlük vermiş, elmi hesabatlara, adıçəkilən regionun etnik qruplara məxsus maddi-mədəni irs haqqında olan elmi məlumatlarına istinad etmiş və qarşıya qoyulan məsələyə müasir elmi tələblər baxımından yanaşmışdır. Tədqiqatın obyekti və predmeti- Şəki–Zaqatala regionu ərazisində yaşayan etnik xalqların yaşayış məskənlərini, məişət əşyalarını, mətbəx mədəniyyətinı, tarixi və milli geyim nümunələrinı, folklor, musiqi, rəqs nümunələrini, həmçinin tarixən formalaşmış dini inanc sisteminə aid olan xüsusiyyətləri əks olunur. Bu regionda olan tarix-diyarşunaslıq muzeylərin ekspozisiyası geniş təhlil olunur. Dissertasiyada tədqiq olunan etnik qruplara mənsub mədəniyyət Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən ərazilərini əhatə edir. Adlarını sadaladığım ərazilər dissertasiyanın tədqiqat obyektidir. Tədqiqatın predmetini bu regionda yaşayan xalqların mədəniyyətlərinin tarix-diyarşünaslıq müzeylərinin fondlarında mövcudluğu, ekspozisiyada nümayiş formalarının təhlili, təkmilləşdirilməsi və bu mədəniyyət nümunələrinin tanıdılması təşkil edir.
Elmi rəhbər: coğ.e.d., prof. Həsənov Tapdıq Güləhməd oğlu
Azərbaycanda turizmin inkişafında cəlbedici məkanlarının müəyyən olunaraq qiymətləndirilməsi, onlardan istifadə olunmasında beynəlxalq təcrübədən istifadə olunması tədqiqat işinin əsas məqsədidir. Turizmdə cəlbedicilik anlayışı təbii, mədəni-dərketmə, infrastruktur sahələri ilə müəyyən edilir. Bu baxımdan ölkədə mövcud cəlbedici məkanlar üzrə rəqabət qabiliyyətli məhsulların hazırlanması və davamlılığının təmin olunması dissertasiya işinin əsas məqsədlərindən sayılır. Cəlbedici məkanların müəyyən edilməsinin əsas metodiki yanaşmalara müqayisə, empirik, riyazi, statistik, çöl tədqiqat və kompleks yanaşma metodlarından istifadə olunur. Bununla yanaşı, təbii, mədəni və infrastruktur cəlbediciliyinin müəyyən olunmasında bu sahədə tədqiqat aparan mütəxəssislərin elmi əsərləri və fərdi metodikalar nəzərə alınacaqdır. Cəlbedici məkanların müəyyən olunmasında ideoqrafik, təşkilati yanaşma, koqnitiv (və ya idraklı), iqtisadi, coğrafi, perseptual, prezentativ yanaşma metodlarından əsas olaraq götürülmüşdür. Tədqiqatın obyekti Azərbaycanda cəlbedici turizm destinasiyalarıdır. Belə cəlbedici turizm destinasiyalarının qiymətləndirilməsi və formalaşdırılması tədqiqatın obyektinə aid edilir. Cəlbedici destinasiyaların müəyyən edilməsi və onların turizm məhsuluna çevrilməsi tədqiqatın predmetini təşkil edir. Belə destinasiyalarla bağlı məhsulların hazırlanması, rəqabət qabiliyyətinin artırmaq üçün müasir marketinqdən istifadə tədqiqatın predmetinin əsasını təşkil edir.
Elmi rəhbər: s.ü.e.d., prof. Sevdimalıyev Ramiz Məmmədəli oğlu
Müraciət olunan dissertasiya işi müasir dövrdə Azərbaycan Respublikası üçün olduqca aktualdır. Tarix boyunca dövlətin gücü dedikdə onun hərbi gücü nəzərdə tutulurdu. Müasir dövrdə gücün başqa bir tərəfi ön plana çıxmış və Cozef Nye tərəfindən ilk dəfə olaraq elmi ədəbiyyata “yumşaq güc” anlayışı daxil edilmişdir.Azərbayacanda da müstəqillikdən sonra yumşaq gücün amillərindən geniş istifadə edilməyə başlandı. Azərbaycan Respublikasının fəal xarici siyasəti dövlətimizin dünyaya daha sürətlə inteqrasiya olacağına ,milli maraqlarımızın təmin ediləcəyinə ,Ermənistanın təcavüzü nəticəsində pozulmuş ərazi bütövlüyünün bərpa olunacağına əminlik yaradır.Bu məqsədlərə nail olunmasında mədəniyyət amili də mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq münasibətlərdə cərəyan edən proseseslər sübut edir ki, hər bir dövlətin dünya birliyində rolu və yeri hərbi,iqtisadi,geosiyasi,diplomatik resurslarla yanaşı mədəni,dünya ictimayyətinə göstərə biləcəyi intellektual və mənəvi-mədəni təsir imkanları ilə də müəyyən edilir.Həmin resurslar ənənəvi mill kimliyimizi və özünəməxsusluğumuzu qorumaqla yanaşı ümümdünya mədəni proseslərinə uğurlu inteqrasya olunmaq üçün baza rolunu oynayır. Əgər ölkənin caziba yaradan, zəngin bir mədəniyyəti varsa bu mədəniyyətin yumşaq gücə çevrilməsi mütləqdir.Azərbaycan dünyada ilk mədəniyyətlərin ortaya çıxdığı məkan, zəngin mədəniyyət beşiyidir. Ölkəmiz hazırda beynəlxalq mədəni proseslərin fəal subyekti olaraq dünyada uğurla gerçəkləşdirilən bir çox mədəni proqram və layihələrin nəinki fəal iştirakçısıdır,həm də onların təşəbbüskarı və təşkilatçısı rolunda çıxış edir.Dünya mədəni proseslərinə fəal qoşulmaqla Azərbaycan həm özünün milli mədəniyyətini mütərəqqi,ümümbəşəri ideya və dəyərlərlə zənginləşdirir,həm də dünya mədəniyyətinin inkişafına öz layiqli töhfələrini verir. Dissertasiya işində əsas məqsəd Azərbaycan Respublikasının “yumşaq güc” siyasəti vasitəsi ilə dünyada gedən müxtəlif xarakterli siyasi proseslərə təsir göstərmək gücünün nəticələrini araşdırmaqdır . Tədqiqatın iş pirinsipi ardıcıl təhlildən, tarixi mənbələrin müqayisəsindən, yeni mənbələrin istifadəsindən ibarətdir.
Elmi rəhbər: t.ü.e.d., professor Zülfüqarlı Məhərrəm Paşa oğlu
Tədqiqat işinin girişində mövzunun aktuallığı, mövzuya aid əsərlərin təhlili, tədqiqatın məqsəd və vəzifələri, tədqiqat işinin elmi yeniliyi və s. məsələlər elmi şəkildə əsaslandırılır. Dissertasiyanın birinci fəslində şəhərin konseptual konseptual çərçivəsi, şəhər haqqında əsas məlumatlar, şəhər tərifləri və şəhərlərin meydana gəlməsini izah edən nəzəriyyələr,antik şəhərdən sənaye şəhərlərinə tarixi inkişafı öyrənilir. İkinci fəsildə şəhər kimliyi və mədəniyyəti, qloballaşma konsepsiyasının tarixi inkişafı və qloballaşma münaqişələri araşdırılır. Elmi işin ücüncü fəsilində qlobal şəhərlərin xüsusiyyətləri və qlobal şəhərlərin kimliyi və mədəniyyəti, qloballaşmanın Türkiyədə və Azərbaycanda şəhər kimliyi və mədəniyyətinə müsbət və mənfi təsirləri öyrənilir. Dissertasiyanın nəticə hissəsində isə tədqiqat işinə yekun vurularaq elmi tövsiyyələr irəli sürüləcək
Elmi rəhbər: t.ü.e.d., prof. Əsədova Minaxanım Rafiq qızı
Dissertasiya işinin araşdırılmasında əsas məqsəd ölkəmizdə uzun əsrlərdir mövcud olan İslam dininin yaratdığı mədəniyyəti turizm vasitəsi ilə tanıdılmasına yönəldilmişdir. İslam dünyada yalnız bir din deyil, eyni zamanda böyük bir mədəniyyət yaratmışdır. Turizmin “dünya mədəniyyətləri”-ni tanıtmasındakı xidmətləri nəzərə alınaraq, ”Azərbaycan, İslam, turizm” üçlüyündə bu mövzu elmi işin tədqiqat mərkəzində dayanır. "İslam turizminin kulturoloji aspektləri" elmi işinin əsas obyektində islam mədəniyyəti, xüsüsilə islam abidələri durur. Eyni zamanda tədqiqatın əsas subyekt nöqtəsi insan və onun islami baxışıdır. İnsan və onun dini baxışı bu istiqamətdən irəli gələrək yaratdığı mədəniyyət, bu mədəniyyətin düzgün və dolğun şəkildə aydınlaşdırılması üçün tədqiqat işi müqayisəli təhlil, müşahidə metodu ilə aparılır. Dissertasiya işində əsasən dünyada mövcud olan səmavi dinlərdən biri kimi İslam dininin yaranması, bu dinin müqəddəs məkanları, zamanla bu məkanların turizmin bir qolu kimi “dini turizm”-i yaratması, eyni zamanda islam turizminin dünya ölkələrində və Azərbaycanda inkişaf dinamikasını, bu inkişafın ölkə mədəniyyətinə, iqtisadiyyatına verə biləcəyi töhfələrdən bəhs olunacaqdır. Tədqiqat işində İslam mədəniyyətində “İslami turizm” və “Dini turizm” arasındakı oxşar və fərqli cəhətlər təhlil olunacaq, Azərbaycanda mövcud olan dini və islami məkanların turizm potensialı nəzərdən keçirilməklə müsbət dəyişikliklərə doğru təkliflər irəli sürüləcəkdir. Tədqiqat işi əsasən İslam və turizm anlayışlarının eyni müstəvidəki vəhdətinin mövcudluğunun ictimaiyyətə çatdırılmasını hədəfləyir.
Elmi rəhbər: i.ü.f.d.,dos., Nəzərov Vüqar Mehralı oğlu
Tədqiqat işinin aktuallığı: İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi məsələlərinin tədqiqi daim iqtisadçı alimlərin, bu sahədə fəaliyyət göstərən praktiklərin diqqət mərkəzində olmuşdur. Milli iqtisadiyyatın prioritet inkişaf sahələrindən biri olan turizm sektorunda sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinin səmərəli mexanizmlərinin işlənib hazırlanması və tətbiqinin müstəsna əhəmiyyəti vardır. Ümumilikdə, sahibkarlıq subyektlərinin maliyyələşdirfilməsi problemlərinə dair ayri-ayri elmi tədqiqat işləri mövcuddur. Lakin, spesifik xidmət sahələrindən biri olan turizmin maliyyələşdirilməsi aspektlərinin öyrənilməsinə həsr edilmiş kompleks-sistemli tədqiqatlar ölkəmizdə hazırki dövrə qədər çox az araşdırılmışdır. Bu baxımdan dissertasiyanın mövzusu müasir dövrdə çox aktual bir problemə həsr edilmişdir və ölkəmizdə bu aspektdə aparılan ilk tədqiqat işlərindən biri hesab edilə bilər. Tədqiqatın məqsədi turizm sahəsində sahibkarlıq fəaliyyətinin maliyyələdirilməsinin elmi əsaslarının öyrənilməsi və müasir vəziyyətinin təhlili əsasında Azərbaycanda turizm sahəsindəki sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinin prioritet istiqamətlərini müəy¬yən etməkdən ibarətdir. Tədqiqatın obyekti turizm sahəsində sahibkarlığın maliyyələşdirilməsi xüsusiyyətləri və maliyyələşdirmə sistemidir. Tədqiqatın predmeti turizmdə sahibkarlığın maliyyələşdirilməsi mexanizmləri və bu prosesdə meydana çıxan maliyyə münasibətləri sistemidir. Tədqiqatın metodoloji əsaslarını təhlil-sintez, induksiya-deduksiya, müqayisəli təhlil, situasiyalı və sistemli yanaşma, statistik qruplaşdırma və s. tədqiqat metodları və metodoloji yanaşmaları təşkil edir.
Elmi rəhbər: i.ü.f.d.,dos. Hacıyeva Səkinə Abdurrəhim qızı
Mövzunun aktuallığı: Orta və uzunmüddətli perspektivdə ölkədə audit fəaliyyətinin inkişafı, onun dövlət tənzimlənməsi məsələlərinə dair elmi və praktiki sahədə hazırki dövrdə gedən kəskin diskussiyalar bu problemlərin təhlili və həll edilməsi sahəsində araşdırmaların aparılmasını zəruri edir. Azərbaycan Respublikasında bu problemlərin kompleks-sistemli şəkildə tədqiqi hazırki dövrdə çox aktual məsələlərdən biridir. Tədqiqatın məqsədi auditinin dövlət tənzimlənməsi xüsusiyyətlərinin və təşkilinin metod və üsullarının təhlili əsasında ölkədə auditinin dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi yollarını müəyyən etməkdən ibarətdir. Tədqiqatın obyektini Azərbaycan Respublikasında audit fəaliyyəti və onun dövlət tənzimlənməsi metodları təşkil edir. Tədqiqatın predmetini audit fəaliyyətinin dövlət tənzimlənməsi mexanizmləri təşkil edir. Tədqiqatın metodoloji bazasını təhlil-sintez, müqayisəli təhlil, sistemli təhlil, situasiyalı yanaşma, iqtisadi-statistik qrup-laşdırma, induksiya-deduksiya, məntiqi ümumiləşdirmə və s. tədqiqat metodları təşkil edir. Gözlənilən elmi nəticələr: Azərbaycanda audit fəaliyyəti sferasında hüquqi, inzibatı və iqtisadi tənzimləyici mexanizmlər təhlil edilərək auditinin dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi üzrə elmi və praktiki cəhətdən əsaslandırılmış təklif və tövsiyyələr işlənib hazırlanmışdır. Bu baxımdan:
- Auditin dövlət tənzimlənməsinin spesifik xüsusiyyətləri və çatışmazlıqlarını üzə çıxarılacaq;
- Azərbaycanda ayrı-ayrı sahələrdə auditin təşkili mexnizmlərinin səmərəliliyinin artırılması üzrə tədbirlər işlənib hazırlanacaq;
- Azərbaycanda auditinin dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi üzrə tədbirlər işləyib hazırlanacaq, təklif və tövsiyyələr veriləcək.
Elmi rəhbər: f.ü.e.d., prof. Məmmədov Azad Yəhya oğlu
İngilis dili artıq tam formalaşmış, mükəmməl, sabit normalara əsaslanan bir dil olmasına baxmayaraq, bu gün də əcnəbi dillərin təsirindən kənar qala bilmir. Bu təsir xüsusi ilə də turizm sahəsində özünü açıq aşkar büruzə verir. Ölkədaxili və beynəlxalq turizmin inkişafı, ingilis dilinin beynəlxalq statusu kütləvi surətdə dildə yeni sözlərin yaranmasına və digər dillərdən yeni sözlərin alınmasına gətirib çıxarır. Dilçilər hələ də mədəniyyətlərarası ünsiyyət prosesində beynəlxalq sözlərin rolu ilə əlaqədar razılığa gələ bilmirlər. Tədqiqat işinin obyekti qlobal ingilis dilində turizm leksikasında olan alınma sözlərdir. Tədqiqat işinin predmetini qlobal ingilis dilində turizm leksikasının formalaşmasında alınma prosesinin rolununun tədqiqi təşkil edir. Tədqiqat işinin məqsədi qlobal ingilis dilinin turizm leksikasında işlədilən alınma sözlərin formalaşmasına təsir edən amilləri müəyyən etmək, qloballaşma dövrünün alınma prosesinə necə təsir etdiyini araşdırmaq, leksik semantik qruplarını tədqiq edərək, alınma sözlərin mənimsənilməsindəki qanunauyğunluqların spesifikasını verməkdən ibarətdir. Nəticələrinin etibarlılığını təmin etmək məqsədilə dissertasiya işində dilçiliyin ənənəvi tədqiqat metodları olan təsviri dilçilik metodu, müqayisəli dilçilik metodu, struktur dilçilik metodu, dilçilik coğrafiyası metodu və tipoloji dilçilik metodlarından istifadə olunur. “Qlobal ingilis dilində turizm leksikasinin formalaşmasinda alinma prosesinin rolu” adlı tədqiqat işinin nəzəri əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq qlobal ingilis dilindəki alınma sözlərin əsasında turizmin müxtəlif xidmət sahələrinə aid sözlər toplanılıb linqvistik cəhətdən təhlil edilərək, yaranma və alınma yolları və Qlobal ingilis dilinə keçən söz və ifadələrin leksik semantik qrupları müəyyənləşdirilir.
Elmi rəhbər: i.e.d., prof. Həsənli Yadulla Həmdulla oğlu
Qloballaşma proseslərinin və beynəlxalq rəqabətin sürətlə dərinləşdiyi hazırki dövrdə mövcud potensialdan istifadənin səmərəliliyinin yüksəldilməsi ölkənin inkişaf prioritetlərini təşkil edir. Azərbaycanda rəqabətqabiliyyətli və davamlı inkişaf potensialına malik iqtisadiyyatın formalaşmasında qeyri-neft sektorunun, xüsusilə də turizm sferasının sürətli və çoxşaxəli inkişafı mühüm rol oynayır. Tədqiqatın obyekti və predmeti. Dissertasiya işinin tədqiqat obyektini Azərbaycanın turizm potensialı və milli iqtisadiyyatın turizm sektoru təşkil edir. Tədqiqatın predmetini isə milli iqtisadiyyatın dayanıqlı inkişafına turizmin təsirinin artırılması vəzifələri və müvafiq resurs potensialından səmərəli istifadə şərtləri təşkil edir. Dissertasiya işinin əsas məqsədi - Azərbaycan iqtisadiyyatının davamlı və dayanıqlı inkişafının təmin edilməsi baxımından milli turizm potensialının səfərbər olunması, müvafiq resurs ehtiyatlarının təsərrüfat dövriyyəsinə daha geniş cəlbinin stimullaşdırılması və səmərəli istifadəsinin təmin edilməsi istiqamətləri və vəzifələrinin müəyyənləşdirilməsidir.
Elmi rəhbər: f.ü.e.d.,prof. Məmmədov Azad Yəhya oğlu
Media diskursu cəmiyyətdə baş verən ictimai-siyasi prosesləri əks etdirir. Britaniya media diskursu siyasi proseslərə nüfuz etmək, insanların fikir və rəylərini dəyişdirmək qabiliyyətinə malikdir. Britaniyanın Avropa Birliyindən çıxması prosesi qəzet və jurnallarda geniş şəkildə müzakirə olunmuşdur. Breksitlə bağlı yaranan söz və ifadələr ikili mənalar daşıyırlar. Britaniyanın Avropa Birliyindən çıxmasını dəstəkləyən qəzet və televiziya kanallarında inandırma vasitəsi kimi istifadə olunan söz və ifadələr ingilis dilinin leksikonuna sirayət etmişdir. Tədqiqatın obyekti -Breksitlə bağlı ümumişlək söz və ifadələrin dildə geniş şəkildə istifadəsidir. Tədqiqatın predmeti Breksit söz və ifadələrinin praqmatik cəhətidir. Tədqiqatın məqsədi-Tədqiqatın məqsədi Britaniyanın Avropa Birliyindən çıxması prosesinin geniş müzakirə olunduğu qəzet və jurnallarda həmin prosesi əks etdirən yeni söz və ifadələri aydınlaşdırmaqdır. Tədqiqatın metodları: Tədqiqatda qarşıya qoyulmuş vəzifələrin həlli üçün təsviri, tənqidi diskurs təhlili, müqayisəli-qarşılaşdırma və funksional təhlil metod və üsullarından istifadə edilib. Tədqiqatın nəzəri və praktik əhəmiyyəti: Media mətnlərinin daxilində işlənən yeni söz və ifadələrin məna baxımından araşdırılması və ingilis dilinə təsirini öyrənmək baxımından tədqiqatın elmi-nəzəri əhəmiyyəti böyükdür.