SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Jurnalın indeksi barədə məlumat

Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” adlı beynəlxalq jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05.12.2011-ci il tarixli 3507 № ilə qeydiyyata alınmış, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 16 may 2014-cü il tarixli (protokol № 07-R) qərarı ilə İqtisad elmləri, Tarix elmləri və Sənətşünaslıq üzrə (6219.01-Kulturologiya və onun ümumi məsələləri; 6220.01-Muzeyşünaslıq) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısı”na daxil edilmişdir.

Jurnal ISSN 2409-6032  (Beynəlxalq Standart Seriya Nömrəsi) kodu ilə qeydiyyata alınmışdır.