Azərbaycan Turizm və Menecment Universitetinin təhsilin beynəlmiləlləşdirilməsi istiqamətində həyata keçirdiyi əsas fəaliyyət istiqamətlərindən biri universitetə əcnəbi tələbələrin qəbuludur.
ATMU-ya əcnəbi tələbələrin qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 56 nömrəli, 06.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın tədris müəssisələrində təhsil almaları haqqında Əsasnamə” və ATMU-da əcnəbi tələbələrin qəbulu haqqında müvafiq Əsasnamə ilə tənzimlənir.
Universitetdə əcnəbi tələbələrin qəbulu haqqında əsasnamə ilk dəfə 2007 – ci ildə hazırlanmış, 2017 – ci ilin 04 avqust tarixində ikinci dəfə yenilənərək təsdiqlənmişdir. ATMU-ya əcnəbi tələbələrin qəbulu əsaslı olaraq 2017 – ci ildən başlamışdır (2017 – ci ilədək əsasən Rusiya Federativ Respublikasının və Gürcüstan Respublikasının əslən azərbaycanlı olan vətəndaşları Dövlət İmtahan Mərkəzinin rəsmi imtahanları vasitəsi ilə ATMU-da təhsil alıblar). Hal-hazırda ATMU-da 3 nəfər Özbəkistan Respublikası, 1 nəfər Türkmənistan Respublikası, 1 nəfər Tacikistan Respublikası və 6 nəfər Gürcüstan Respublikasının vətəndaşı olmaqla ümumilkdə 11 nəfər əcnəbi vətəndaş bakalavr pilləsi üzrə təhsil alır. Bir nəfər Özbəkistan Respublikasının vətəndaşı olan tələbə isə ötən il magistratura pilləsi üzrə ATMU-dan məzun olmuşdur.
# | İxtisasın şifri | İxtisasın adı | Tədris növü | İllik təhsil haqqı | Xarici tələbələr üçün təhsil haqqı |
---|---|---|---|---|---|
01 | 050655 | Turizm işinin təşkili | Əyani | 3000 AZN | 1700 USD |
Əcnəbi vətəndaşların qəbul prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
1.Əcnəbi tələbələrin ATMU-ya müraciəti;
2.Təqdim edilən sənədlərin tələb olunan formada olmasının yoxlanılması;
3. Sənədlərin düzgün formada olması müəyyən edildikdən sonra müsahibənin təşkil edilməsi;
4.Müsahibədən uğurla keçmiş namizədlərin rəsmi sənədlərinin qəbul edilməsi və ATMU-nun tələbələri olması haqqında rəsmi qəbul kağızının tələbələrə təqdim edilməsi.
5.Rəsmi qəbul məktubları təqdim edildikdən sonra tələbələrin təhsil vizası (MDB ölkələrinin vətəndaşları üçün təhsil vizası tələb edilmir) alması tələb olunduğu təqdirdə Azərbaycan Respublikasının müvafiq ölkədəki səfirliyinə bununla bağlı rəsmi məktubun göndərilməsi.
6.Təhsil vizaları əcnəbi tələbələr tərəfindən əldə edildikdən sonra müvafiq ixtisas üzrə təhsil haqqlarının ödənilməsi;
7.Əcnəbi tələbənin ölkəyə giriş etdikdən sonra sənədlərinin əsllərini ATMU-ya təqdim etməsi və tələbə ilə universitet arasında müqavilə imzalanması;
8.Universitet daxili sənədləşmə işlərinin (təqdimat və əmr layihəsinin hazırlanması) həyata keçirilməsi.
Qeyd: Bütün əcnəbi tələbələrin miqrasiya ilə bağlı işləri universitet tərəfindən tənzimlənir və həyata keçirilir.
ATMU-da təhsil almaq niyyətində olan əcnəbi vətəndaşlardan aşağıdakı sənədləri təqdim etməsi tələb olunur:
- Attestat və yaxud diplomun (magistratura pilləsi üzrə təhsil almaq istəyənlər üçün) notarius tərəfindən təsdiq olunmuş surəti;
- Sağlamlıq və QİÇS haqqında arayışlar;
- Pasportun surəti;
- Tərcümeyi hal (Europass);
- 4x3 ölçüdə 4 ədəd fotoşəkil .
Müraciət üçün son tarix : 31 avqust 2020 – ci il.
Ətraflı məlumat üçün əlaqə vasitələri:
Tel: +994 12 5644233 (daxili nömrə 122)
Email ünvanı: international@atmu.edu.az