İstifadə qaydaları

Azərbaycan Turizm və Menecment Universitetinin Kitabxana İnformasiya Mərkəzi Azərbaycan Respublikasının Kitabxana işi haqqında Qanunun müddəalarına uyğun olaraq kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondunun formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanalardan istifadə sahəsində vətəndaşların hüquq və vəzifələrini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir. KİM-də elm sahələri üzrə və bədii ədəbiyyat saxlanılır.

Bakalavr və Magistratura tələbələri:

  • Kitabxana İnformasiya Mərkəzinə yazıldıqdan sonra oxucu nömrəsi əldə etməklə istifadə üçün üzvlük hüququ əldə edirlər.

Doktorant, əlavə təhsil alan şəxslər və kənar oxucular:

  • Şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə kitabxananın oxu zalında istifadə hüququ qazanırlar.
  • Şəxsiyyətini təsdiq edən sənədlə kitabxanaya yaxınlaşan şəxs kitabxana istifadəçisi ilə oxu zalında eyni hüquqa malikdir və tam şəkildə fonddan istifadə hüququ qazanır.

1. Kitabları oxu zalında, dil mərkəzində istifadə ilə yanaşı tədris prosesinə uyğun olaraq evə götürə bilərlər.

2. Elmi ədəbiyyat bir semestr və ya bir tədris ili müddətinə, bədii ədəbiyyat isə bir ay müddətinə evə verilir.

3. Hər tədris ilinin sonunda kitabların yığılması,  sayılması  və fondun yoxlanılması prosesi aparılır.

4. Birinci kursa qəbul olmuş tələbələr tələbə bileti əldə edilənədək tədris prosesində ləngimə olmaması üçün digər sənədlərlə kitabxanaya yazıla bilər.

5. Kitabxanaya üzv olmuş oxucular kitabxanadan istifadə qaydaları ilə tanış olur və istifadə qaydalarına riayət edir.

6. Qaydalara əməl etməyən oxucuya xidmət dayandırılır.

7. Kitabxanadan istifadə edən şəxslər kitab və əyani vəsiatlərin istifadəsinə görə  məsuliyyət daşıyır.

7.1 Kitabxana fonduna vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikasının Kitabxana işi haqqında Qanunun 19 maddəsinə əsasən  həyata keçirilir.

7.2 Ensiklopediya, məlumat kitabxaçası, dissertasiya, lüğət, nadir və qiymətli kitablar, həmçinin bir nüsxədə olan kitablar yalnız kitabxanın oxu zalında istifadə edilə bilər.

8. Kitabxanada oxu zalında istifadəçilər tələbə bileti təqdim etməklə, kənar oxucular isə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istifadə edə bilərlər.

9. Kitabxana ənənəvi və elektronlaşdırılmışdır.

10. Kitabxanada həmçinin dövrü mətbuatdan da istifadə imkanları var. Qəzet və jurnallar arxivləşdirilir və 5 il müddətinə kitabxana fondunda saxlanılır.

11. Kitabxanadan istifadə tamamilə ödənişsizdir.