Erasmus+ EQAC layihəsi

Layihənin tam adı: Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi, EQAC

Layihənin başlama tarixi: 1 mart 2018-ci il

Layihənin bitmə tarixi: 1 dekabr 2021-ci il

Layihənin ümumi büdcəsi: 893.137 avro

ATMU-ya ayrılmış qrant: 43.672 avro

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 2017-ci ildən bəri Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən və Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi, EQAC” adlı Erasmus+ layihəsininin fəal üzvlərindən biridir.

Layihənin məqsədi: Azərbaycan ali təhsil müəssisələrində Keyfiyyətə Nəzarət Mərkəzlərinin yaradılması ilə yanaşı ali təhsil müəssisələrin fəaliyyəti ilə əlaqədar keyfiyyət prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Layihə çərçivəsində konsorsium qurmuş universitetlər: 

Yerli universitetlər:

  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti
  • Azərbaycan Texniki Universitet
  • Azərbaycan Kooperasiya Universiteti
  • Bakı Biznes Universiteti
  • Gəncə Dövlət Universiteti
  • Mingəçevir Dövlət Universiteti
  • Naxçıvan Universiteti
  • Odlar Yurdu Universiteti
  • Sumqayıt Dövlət Universiteti

Xarici universitetlər:

Layihə çərçivəsində əldə olunmuş mühüm nailiyyətlərimiz:

  • Keyfiyyət Təminatı Mərkəzinin yaradılması ilə əlaqədar fəaliyyət planının hazırlanması;
  • “Turizm işi” ixtisası üzrə pilot proqramının hazırlanılması və qiymətləndirilməsi;
  • 10 nəfərdən ibarət pilot müəllim qrupuna və 30 yaxın tələbənin iştirakı ilə təlimlərin keçirilməsi;
  • ATMU inzibati və akademik heyət üzvlərinin Bakı Biznes Universitetində keçirilmiş  keyfiyyətin artırılmasına həsr olunmuş tədbir və təlimlərdə iştirakı;
  • Yeni silabus nümunələrinin hazırlanması;
  • Açıq dərslərin monitorinq qaydalırının hazırlanması.

Əlavə olaraq, universitetdə Keyfiyyətin İdarəedilməsinin Mərkəzləşdirilmiş Elektron Sisteminin formalaşdırılması məqsədi ilə QPR Software proqram təminatının tətbiq olunması və Keyfiyyət Təminatı Nizamnaməsinin hazırlanması da nəzərdə tutulur.

ATMU EQAC layihəsində 3 nəfərdən ibarət işçi qrupla təmsil olunur. Layihə komandasının tərkibi aşağıda adları qeyd olunmuş şəxslərdən ibarətdir: 

Qaçabəyova Faina Adil qızı

Qaçabəyova Faina Adil qızı

Layihə meneceri

Yusifli Elvin Qürbət oğlu

Yusifli Elvin Qürbət oğlu

Keyfiyyət siyasəti üzrə məsul şəxs

Mamedov Simnar Tanırverdi oğlu

Mamedov Simnar Tanırverdi oğlu

Keyfiyyət siyasəti üzrə məsul şəxs

Layihənin tam adı: Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları, PICASP

Layihənin başlama tarixi: 15 yanvar 2021-ci il

Layihənin bitmə tarixi: 14 yanvar 2024-cü il

Layihənin ümumi büdcəsi: 882.359,00 avro

ATMU-ya ayrılmış qrant: 72.130,00 avro

Layihənin məqsədi biznes cəmiyyətinin və xüsusən də kiçik və orta biznes fəaliyyəti ilə məşqul olan sahibkarların iştirakı ilə universitet-senayə əməkdaşlığının icrası və əlaqələndirilməsidir. Layihə biznes idarəçiliyi sahəsində fəaliyyətinin inkişafını; Avropa Birliyini təmsil edən tərəfdaşları ilə ən yaxşı təcrübələrin mübadiləsinin gücləndirilməsini, kurrikulumların hazırlanması və məzunların işlə təmin edilməsi məqsədilə  maraqlı tərəflərin iştirakını; standartların qurulmasını; davamlı keyfiyyətin təminatı kimi vəzifələri cəmləşdirir.

Layihə çərçivəsində konsorsium qurmuş tərəfdaşların sihahısı:

Yerli tərəfdaşlar:

  • Azərbaycan Turizm və Menecment Unviersiteti
  • Xəzər Universiteti
  • Miras - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi

Xarici tərəfdaşlar:

Layihənin tam adı: Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən Təcrübə Müəssisələri pilot kursları, PICASP Layihənin başlama tarixi: 15 yanvar 2021-ci il Layihənin bitmə tarixi: 14 yanvar 2024-cü il Layihənin ümumi büdcəsi: 882.359,00 avro ATMU-ya ayrılmış qrant: 72.130,00 avro Layihənin məqsədi biznes cəmiyyətinin və xüsusən də kiçik və orta biznes fəaliyyəti ilə məşqul olan sahibkarların iştirakı ilə universitet-senayə əməkdaşlığının icrası və əlaqələndirilməsidir. Layihə biznes idarəçiliyi sahəsində fəaliyyətinin inkişafını; Avropa Birliyini təmsil edən tərəfdaşları ilə ən yaxşı təcrübələrin mübadiləsinin gücləndirilməsini, kurrikulumların hazırlanması və məzunların işlə təmin edilməsi məqsədilə  maraqlı tərəflərin iştirakını; standartların qurulmasını; davamlı keyfiyyətin təminatı kimi vəzifələri cəmləşdirir. Layihə çərçivəsində konsorsium qurmuş tərəfdaşların sihahısı: Yerli tərəfdaşlar: Azərbaycan Turizm və Menecment Unviersiteti Xəzər Universiteti Miras - Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Xarici tərəfdaşlar: Astraxan Dövlət Təhsil Universiteti (Rusiya) Beynəlxalq Biznes Universiteti (Qazaxıstan) Degli Studi Gabriele D'annunzion Di Chieti-Pescara Universiteti (İtaliya) - koordinator universitet Gediminas adına Vilnüs Texniki Universiteti (Litva) Ser.In.Ar. Forlì-Cesena ScpA təşkilatı (İtaliya) Ş. Yesenov adına Xəzər Dövlət Texnoloji və Mühəndislik Universitet (Qazaxıstan) Varşava Universiteti (Polşa) Volgograd Dövlət Texniki Universiteti (Rusiya)
https://www.picasp-project.eu/ icon

Layihənin tam adı: Rektorlar Konfransının (Şurasının) yaradılması, ECAR

Layihənin başlama tarixi: 15 yanvar 2021-ci il

Layihənin bitmə tarixi: 14 yanvar 2024-cü il

Layihənin ümumi büdcəsi: 937.797,00 avro

Layihənin məqsədi:

Təhsil Nazirliyinin bilavasitə iştiraki ilə  təhsil müəssisələrinin, ali və ali təhsildən sonrakı  təhsilin  inkişafı,  tədris  prosesinin, elmi işin, elmi-pedaqoji və digər işçilərin ixtisasının artırılmasının və yenidən hazırlanmasının təşkili müsbət təcrübənin ümumiləşdirilib yayılması, Respublikada təhsil sistemini təkmilləşdirilməsi, habelə ali təhsil müəssisələri kollektivləri üzvlərinin sosial müdafiəsi, ali məktəbin Respublikanın sosial iqtisadi və mədəni inkişafına təsirinin gücləndirilməsi istiqamətlərində fəaliyyətlərini əlaqələndirmək məqsədilə Rektorlar Konfransını yaratmaqdır. Konfransın təşkili Təhsil Nazirliyi – ali təhsil müəssisələri – sənaye arasında şəbəkənin yaradılmasına maraqlı tərəfdaşların mütəmadi görüşərək fikir mübadiləsi aparması və yeni qərarlar qəbul etməsini təmin edəcəkdir.

Şuranın vəzifələri aşağıdakılardır:

  • Azərbaycan ali təhsil müəssisələri arasında elmi, təhsil, mədəni və iqtisadi əməkdaşlığı təşviq etmək və digər milli və beynəlxalq təşkilatlarla dialoqa kömək etmək.
  • Ali təhsil sistemində prinsip və standartların inkişafı. Azərbaycan Respublikasında qəbul edilmiş Təhsil Qanunu, Təhsil Standartı, təhsil strategiyalarının bütün ali məktəblərdə bərabər icrasına dəstək olmaq məqsədi ilə, dövlət orqanları, təhsil müəssisələri və iş dünyası arasında intensive görüş və dialoqların keçirilməsini təmin etmək.
  • Milli Təhsil şəbəkəsi yaratmaq.
  • Bütün növ ali təhsil müəssisələrindən ibarət olan ali təhsil sisteminin tarazlı inkişafını dəstəkləmək.
  • Azərbaycan elminin, mədəniyyətinin və təhsilinin inkişafı üçün vacib olan məsələlər barədə rəylər formalaşdırmaq və təqdim etmək.

Əsas fəaliyyətlər aşağıdakıları əhatə edəcəkdir:

  • Rektorlar konfransının yaradılması
  • Konfransın nizamnaməsini hazırlanması
  • Konfransın strukturu, idarəetmə və büdcə, üzvlük qaydalarının müəyyənləşdirilməsi
  • Beş illik strateji planın hazırlanması
  • Fəaliyyət planını hazırlaması
  • Konfransın administrative idarə heyəti üçün təlimlər
  • Konfransın bir illik fəaliyyət planının icrası

Layihə çərçivəsində konsorsium qurmuş tərəfdaşların sihahısı:

Yerli tərəfdaşlar:

  • Azərbaycan Turizm və Menecment Unviersiteti
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • Azərbaycan Dillər Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Texnologiya Universiteti
  • Azərbaycan Universiteti
  • Bakı Ali Neft Məktəbi
  • Bakı Avrasiya Universiteti
  • Bakı Biznes Universiteti – koordinator universitet
  • Bakı Mühəndislik Universiteti
  • Xəzər Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Naxçıvan Universiteti
  • Odlar Yurdu Universiteti

Xarici tərəfdaşlar:

Layihənin tam adı: Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı

Layihənin başlama tarixi: Yanvar 2021-ci il

Layihənin bitmə tarixi: Dekabr 2021-ci il

Layihənin ümumi büdcəsi: £24,703

Proqramın əsas məqsədləri təşkilati bacarıqları inkişaf etdirmək və yaradıcı sənayenin inkişafına töhfə vermək üçün yeni layihə ideyalarını dəstəkləməkdir. Proqram, həmçinin gənclərin böyük potenisalının olmasına baxmayaraq işsizlik problemi ilə üzləşdiyi ölkələrdə yaradıcı iqtisadiyyatı inkişaf etdirmək üçün yeni əməkdaşlıq imkanlarının dəstəkləməsini hədəfləyir. Birləşmiş Krallığın dəstəyi ilə “British Council” tərəfindən maliyyələşdirilən bu proqram 2018-ci ildən fəaliyyətə başlayıb və yarandığı tarixdən Cənubi Qafqaz, Mərkəzi Asiya, Ukrayna və Birləşmiş Krallıq arasında əməkdaşlıq şəbəkəsinin genişləndirilməsini nəzərdə saxlayır.  

Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) tərəfdaşlığı və Böyük Britaniyanın Grinviç Universitetinin koordinasiyası altında “Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı”-na 2021-ci ildən qatılıb. Layihə çərçivəsindəali təhsil müəssələrində gənc sahibkarların yetişdirilməsi məqsədilə tələbə və müəllimlərin səriştələrinin inkişafı üçün imkanların artırılması, sahibkarlıq mərkəzlərinin yaradılmasına töhfə verilməsi,  yerli sənaye ekosistemlərinin inteqrasiyası kimi prioritetlər müəyyənləşdirilmişdir.

Məlumat üçün qeyd edilməlidir ki, proqram çərçivəsində universitetimizin 20 nəfər tələbəsi və 5 nəfər heyət üzvü “Learn English Select” onlayn ingilis dili kursundan yararlanmaq və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) “Əqli mülkiyyət əsasları” seminarına ödənişsiz qatılmaq imkanı əldə etmişdir. 

Layihənin tam adı: Tədqiqat üfüqlərinizi genişləndirin 

Layihənin başlama tarixi: Aprel 2019-cu il

Layihənin bitmə tarixi: Dekabr 2021-ci il

“Tədqiqat üfüqlərinizi genişləndirin” layihəsi Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında mövcud olan birgə səmərəli əməkdaşlıq əsasında ATMU-da tədqiqat mühitinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Layihənin ilkin mərhələsində 9 tədqiqatçı ilə birgə turizm sahəsinin müxtəlif istiqamətlərini əhatə edən tədqiqatlar aparılır.

 

Layihənin tədqiqat mövzuları:

f.e.n., dos. Ağaverdi Xəlilov: “Şəki-Balakən turizm marşurutu üzrə əfsanələr”
Azərbaycanda dağın, qayanın, meşənin, çayın, bulağın, şəlalənin, şəhərin,  qalanın,  qüllənin, qəsrin, sarayın, dini abidələrin, müqəddəs məzarların  mif, əfsanə və rəvayəti vardır. Şəki-Balakən bölgəsi də  əfsanə və rəvayətlərlə zəngin bölgədir. Bu bölgədə folklor-etnoqrafik nümunələr özünün müxtəlifliyi ilə seçilir. Təqdim edilən tədqiqat qarşısına bölgənin əfsanə və rəvayətlərinin toplanmasını nəzərdə tutur. Bu nümunələr arxiv materialları içərisindən, kitabxanalardan və bölgədə yaşayan insanların yaddaşından toplanılır. Nümunələr turistik yerlərlə bağlı qruplaşdırılacaqdır. Belə yerlərlə bağlı olmayanlar da toplama materialına daxil ediləcəkdir.  Bundan sonra nümunələr turizm aspektindən təhlil olunacaq və müvafiq nəşrlər şəklində hazırlanacaqdır.
Bu tədqiqatın məqsədi İvanovkada aqroturizm resurs potensialını müəyyənləşdirməkdir. Tədqiqat potensial aqroturizm istiqamətli təsərrüfatların reystrlərini hazırlamaq; kəndin davamlı inkişafı və rekreasiya potensialını ən effektiv üsulla aqroturizmin inkişafı ilə üzə çıxarmaq; potensial aqroturizm sahələri üzrə fokus qurupların xüsusiyyətlərini öyrənmək; əhalini, xüsusən də gəncləri aqroturizm işinə cəlb etmək üçün maarifləndirmə vasitələrini müəyyənləşdirmək; xalq sənətkarlığını (xüsusilə suvenirlər istehsalı) və şəxsi yardımçı təsərrüfat məhsullarının turizm potensialının artırılması kimi vəzifələrini özündə ehtiva edir.
Tədqiqat işinin əsas məqsədi əsasən yaz çiçəklərindən toplanaraq tədarük edilən bal məhsulunun “orqanik” olmasına dəlalət edən pətəklərin yerləşdiyi ərazilərin öyrənilməsidir. Tədqiqat məqsədinə çatmaq üçün müvafiq olaraq Masallı rayonunun müxtəlif kəndlərində yerləşən bir neçə arıçılıq təsərrüfatları və onların rəhbərləri ilə müzakirələrin aparılması nəzərdə tutulur. Balın tədarük edilməsi zamanı (yəni yeşiklərin açılması, pətəklərin yeşiklərdən çıxarılması, balın şandan süzülməsi və s.) həyata keçirilən tədbirlərlə regiona təşrif buyuran turistlərin tanış olması mümkünlüyünü aydınlaşdırmaq da layihə vəzifələrindən biridir. Tədqiqat çərçivəsində gələn turistlərə bal satışını təşkil etmək məqsədi ilə hədiyyə taralarının əldə edilməsi və ya hazırlanması işlərinin təşkili məsələlərinin araşdırılmasını planlaşdırılır.
Kənd turizminin praktiki təşkili və inkişafının idarəolunması nöqtəyi nəzərindən bu gün dünyada müxtəlif milli inkişaf nümunələri (modelləri) mövcuddur. Tədqiqatçı Fransa, Almaniya, İtaliya, Polşa, Bolqariya kimi ölkələrdə kənd turizminin inkişafını araşdırmışdır. Azərbaycanda kənd turizm yaşayış vasitələrinin təsnifatı və bu sahənin inkişafına dair müəllif tərəfindən irəli sürülən təkliflər məhz bu araşdırmanın nəticələrinə əsaslanacaq.
Tədqiqat işi çərçivəsində Şəmkir şəhəri ərazisində aparılan arxeoloji qazıntıların hazırki vəziyyəti və onlardan turizmdə istifadə nəzərdən keçiriləcəkdir. Həmçinin ərazidə arxeoloji turizmin inkişafına maneə olan bir sıra amillər təhlil edilərək, problemin yaranma səbəbləri göstəriləcəkdir. Xüsusən Şəmkir şəhərindəki arxeoloji ərazilərin gələcək nəsillərə çatdırılması üçün aparılan mühafizə və təmir bərpa işlərinin də təhlili nəzərdə tutulmuşdur.
Tədqiqat işinin məqsədi Abşeron toyları timsalında Azərbaycan toylarının xüsusiyyətlərini, eləcə də tarixi araşdırmaq, müasir dövrdə Azərbaycan toyları və toylarla bağlı adət-ənənələri müqayisə etməkdir. Tədqiqat nəticəsində əldə olunmuş məlumatlar, o cümlədən şəkillər ölkəyə gələn əcnəbi turistlər üçün xalq toy təcrübəsini yaşatmaq üçün istifadə olunacaq.
Tədqiqat çərçivəsində Azərbaycanın mürəbbə mədəniyyəti tədqiq olunur, hazırlanan mürəbbələrin müalicəvi əhəmiyyəti və xalq təbabətində rolu haqqında məlumat toplanılır və Şəki-Balakən bölgəsində mürəbbələrin hazırlanma qaydası araşdırılır. Tədqiqat prosesində müxtəlif ədəbiyyat mənbələrindən məlumatları əldə etməklə yanaşı bölgədə yaşayan yerli sakinlərdən bilavasitə toplanılacaq məlumatları təhlil etməklə istehsal texnologiyası haqqında məlumat da yekun tədqiqat hesabatında öz əksini tapacaq.
Quba-Xaçmaz turizm bölgəsində eyni anda bir sıra turizm növlərinin inkişafı mümkündür. Ərazidə çoxsaylı mineral suların və dərman bitkilərinin olması turizmin inkişafına zəmin yaradır. Bu nöqtəyi nəzərdən bu bölgədə sağlamlıq turizminin və mineral suların tarixinin nəzəri öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Tədqiqat nəticəsində bölgədə sağlamlıq mərkəzlərinin yaradılması, suların mineral tərkibinin öyrənilməsi, istifadə metodlarının hazırlanması mümkün olacaq. Həmçinin mövcud komplekslərin tərkibində müxtəlif təbabət üsullarından istifadə edərək (yerli bitkilər və təbiəti) alternativ sağlamlıq istiqamətlərinin təşviqi və yeni turist seqmentlərinin əraziyə cəlb olunması üçün zəmin yaradacaq.
Tədqiqat çərçivəsində Naftalanda fəaliyyət göstərən tibb və sağlamlıq turizm müəssisələrində innovativ xidmətlərin müqayisəli təhlili və tibb-sağlamlıq kompleksində infrastrukturun təkmilləşdirilməsi imkanlarının tədqiq edilməsi nəzərdə tutulur. Tədqiqat işinin nəticəsi olaraq Naftalan tibb və sağlamlıq turizm müəssisələrində turistlərə təklif edilə biləcək SPA və termalizm təcrübələri öz əksini tapacaq.