Azərbaycan Respublikasının sərhədləri daxilində ali təhsil müəssisələrinin magistratura səviyyəsinə tələbə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı ilə Dövlət İmtahan Mərkəzi tərəfində aparılır və ali təhsil müəssisələri yalnız sənəd qəbulunu həyata keçirirlər. Magistratura pilləsinə qəbul qaydaları və qəbul edilmiş tələbələrdən yekun mərhələdə tələb olunan sənədlərlə tanış olmaq üçün müvafiq linkdən istifadə edə bilərsiniz.  

SƏNƏD QƏBULU

Azərbyacan Turizm və Menecment Universitetinin magistratura səviyyəsinə qəbul olunan tələbələr tələb edilən sənədləri DİM tərəfindən elan edilmiş müddət ərzində ATMU-nun Koroğlu Kərimov 822/23 ünvanında yerləşən bir saylı tədris binasında fəaliyyət göstərəcək sənəd qəbulu kommissiyasına təqdim etməklə qeydiyyatdan keçə bilərlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric edilirlər.

QEYDİYYAT ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

  • Diplomun əsli və ya Ali təhsil müəssisəsini bitirməsi haqqında arayış;
  • Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;
  • İş nömrəsi, şəxsi kabinetinin istifadəçi adı (FİN)
  • Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 4 ədəd;
  • Ödənişli əsaslarla qəbul olunan tələbələr üçün ödəniş qəbzinin əsli;
  • Sağlamlıq haqqında tibbi arayış​.

TƏHSİL HAQQINDAN AZAD OLUNAN MAGİSTRLARDAN TƏLƏB OLUNAN SƏNƏDLƏR

Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

  1. Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi köçkün vəsiqəsinin surəti.

Şəhid adının əbədiləşdirilməsi haqqında” qanuna uyğun olaraq, şəhid ailəsinin üzvləri, yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

  1. Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;
  2. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.​

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyi­nin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

  1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  2. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti (əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır).​

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

  1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd. Arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı).​

18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər yuxarıda qeyd edilən qeydiyyat üçün tələb olunan sənədlərə əlavə olaraq:

  1. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  2. Vəfat etmiş valideyinin ölüm haqqında şəhadətnaməsinin surəti, digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti. 

2019-cu ilin may ayının 3-də qəbul edilmiş Sərəncama əsasən, I və II qrup əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar:

  1. Notarial qaydada təsdiq olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert kommissiyasının (TSEK) verdiyi əlillik haqqında arayışın surəti (əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır).