SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Haqqında

Maliyyə-plan şöbəsi Azərbaycan Turizm və Menecment Universitetinin müstəqil strukur bölməsidir. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Vergi məcəlləsini, Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununu, ATMU-nun nizamnaməsini, Azərbaycan Respublikasının Əmək məcəlləsini, Sosial sığorta haqqında AR-nın qanununu, Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanununu rəhbər tuturaq maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu aparır, maddi, əmək maliyyə vəsaitlərinin qənaətli istifadəsinə və Universitetin əmlakının qorunmasına nəzarət edir.

Həmçinin şöbənin vəzifələri əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks olunması, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunun aparılması və vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatının təqdim edilməsidir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması, eləcə də ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılması, Universitetin maliyyə-təsərrüfat fəaliyyətinin analizi, təhlillərin aparılması, maliyyə strategiyasına və sabitliyinə nəzarət etməklə bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini həyata keçirir. Cari və perspektiv maliyyə planlarını tərtib edərək xidmətlərin maya dəyəri və gəlirliliyin planlaşdırılması da əsas öhdəliklərdən biridir.

ƏLAQƏ

Ünvan: Koroğlu Rəhimov küçəsi, 822/23, Bakı, Azərbaycan (Əsas tədris binası)

Tel.: +994 12 564 42 33 (123)