SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Çapa təqdim olunan məqalə ilə bağlı qaydalar

- Məqalə müəllifinin adı, soyadı, iş yeri, e-mail adresi yuxarıda sağda “B” kursivlə yazılmalıdır.

- Məqalənin adı mətnin ortasında üç dildə yazılmalıdır (məqalə ingilis, rus və ya türk dilində yazıldığı təqdirdə, onun adı Azərbaycan dilinə tərcümə edilməlidir).

- Məqalənin üç dildə 50-100 sözdən ibarət xülasəsi (abstract) və 5-10 sözdən ibarət açar sözləri (key words) olmalıdır (məqalə ingilis, rus və ya türk dilində yazıldığı təqdirdə, onun xülasə və açar sözləri Azərbaycan dilinə tərcümə edilməlidir).

- Məqalə Times New Roman şrifti, 1,5 interval və 14 ölçü ilə yazılmalıdır.

- Mətn Microsoft Word proqramında (2003/2007) və A4 kağız formatına görə tərtib edilməli, kənar boşluqlar 2,5 x 2,5, alt və üst boşluqlar 1,5 olmalıdır.

- Paraqraflar: “o” aralıqda; sətirarası: “tək” olmalıdır.

- Məqalə 5-12 səhifə həcmində olmalıdır.

- Məqalələr redaksiyanın th.journal@atmu.edu.az e-poçt ünvanına 4 dildə (Azərbaycan, Türk, İngilis və ya Rus dillərində) təqdim edilir.

Ədəbiyyat siyahısının tərtibi qaydaları barədə nümunələr:

Kitab: Tahirli A. Bütün türklərin tərcümanı. Bakı, 2011, s. 193

Arxiv: Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), f. 3172, s.1, i. 2, v. 39

Qəzet: “Azərbaycan” qəzeti, 1997, 9 iyun

İnternet mənbə: http://jurnal.meclis.gov.az/news.php?id=390, (27.11.2012)

Sitat gətirmə qaydaları: ədəbiyyat siyahısındakı ədəbiyyatın sıra sayı, əsərdən gətirilən sitatın səhifəsi göstərilməlidir. Nümunə: [5, s. 23]