Tələbənin məlumat kitabçası

Tələbənin məlumat kitabçası tələbələrin təhsil aldığı müddətdə tez-tez qarşılaşacaqları məsələlərlə bağlı sualları əhatə edir. Kitabçanın strukturu sual və cavab prinsipi əsasında qurul­muşdur. Tələbənin məlumat kitabçasında universitet haqqında məlumat və tələbənin bilməli olduğu əsas anlayışlar qeyd olunmaqla yanaşı, aşağıdakı suallara aydınlıq gətirilib:

  • Tələbənin hansı hüquq və vəzifələri var?
  • ATMU-da tədris prosesi necə təşkil olunur?
  • Akademik borcları ləğv etmək üçün tələbə hansı qaydaları bilməlidir?
  • Fənn üzrə gündəlik ballar necə hesablanır?
  • ATMU-da yekun qiymətləndirmə hansı qaydalar əsasında aparılır?
  • Kurs işinin (layihəsinin) yerinə yetiriliməsinə görə ballar necə hesablanır?
  • Yekun dövlət attestasiyası hansı formada aparılır/qiymətləndirilir?
  • Fərdi tədris planı nədir?
  • ATMU-da yay semestri necə təşkil olunur?
  • Akademik məsləhətçi (tyutor) kimdir?
  • Tələbə bileti nə üçün lazımdır və onu necə əldə edə bilərəm?
  • ATMU-da təhsil ödənişləri barəsində nəyi bilməliyəm?
  • ATMU-da tələbə hansı hallarda universitetdən xaric olunur?