Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatı
 

Ümumi müddəalar

  1. Ali və ya orta ixtisas təhsili müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı (bundan sonra “Təşkilat”) Tələbələrin ümumi maraqlarını və könüllülük prinsiplərini əldə rəhbər tutaraq onların hüquq və maraqlarının müdafiəsini, intellektual inkişafını, asudə vaxtının səmərəli keçirilməsinin təşkilini təmin etmək, onların təhsil müəssisəsinin ictimai həyatında fəallığını artırmaq, habelə qruplar və fakültələr arasında sıx əlaqələr yaratmaq məqsədi ilə təsis edilir.
  2. Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, “Azərbaycan Gəncliyi” Dövlət Proqramlarına, Gənclər və İdman Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Gənclər Fondunun tövsiyələrinə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), ali və ya orta ixtisas təhsili müəssisəsinin nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
  3. Təşkilat təhsil və tələbələrin problemləri ilə bağlı məsələlərin operativ həllinə nail olmaq üçün ali və ya orta ixtisas təhsili müəssisələri, dövlət orqanları, qeyri-hökumət və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
  4. Təşkilat ali və ya orta ixtisas təhsili müəssisəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nəzdində fəaliyyət göstərən müstəqil tələbə gənclər təşkilatıdır.

Təşkilatın əsas məqsəd və vəzifələri

2.1. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək,Respublikanın ictimai-siyasi, mədəni, sosial,iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

2.2. Təşkilatın əsas vəzifələri aşağıdakılardır:

2.2.1. tələbələrin hüquqlarının müdafiəsinin təmin edilməsi;

2.2.2. tələbələrin problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;

2.2.3. tələbələr arasında maarifləndirmə işinin aparılması;

2.2.4. ayrıca struktur olaraq digər QHT-lərlə müxtəlif mövzularda layihələrin keçirilməsi

2.2.5. tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;

2.2.6. respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda və digər tədbirlərdə istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;

2.2.7. tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, erkən nikah və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;

2.2.8. tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının,diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin və digər tədbirlərin təşkil edilməsi;

2.2.9. tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;

2.2.10. tələbələrin maraq və meyillərini,intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların və digər xidmətlərin təşkil edilməsi;

2.2.11. tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və ya orta ixtisas təhsili müəssisəsinin rəhbərliyi qarşısında vəsatətin qaldırılması;

2.2.12. təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı və sair barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;

2.2.13. qanunvericiliklə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

Qeyd

Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatı Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Turizm və Menecment Universitetinin daxilində fəaliyyət göstərir.

Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Samir Abdullayev Elmi Şurada Tələbə Gənclər Təşkilatının hesabatını təqdim edir və tələbələrin problemlərini səsləndirir , onların həlli yolunda  işlər görür.

ATMU TGT-nin 1256 üzvü var . Buraya əyani, qiyabi ,yerli və xarici tələbələr daxildir.

Hal-hazırda ATMU TGT tərkibində “İdman klubu” , “Debat Klubu” , “Cre-Art klubu” , “İntellektual Oyunlar klubu” , “Şahmat klubu” , “Natiqlik klubu” “ATMU MUN club” ,, “Eco klub”  fəaliyyət göstərir.

E-mail: students-union@atmu.edu.az

 

Abdullayev Samir -TB2001

Abdullayev Samir -TB2001

Tələbə Gənclər Təşkilatının sədri

abdullayev.samir.2001@atmu.edu.az

Kamallı Nəzrin - Sİ2101

Kamallı Nəzrin - Sİ2101

Baş katib

mamedova.nazrin.2101@atmu.edu.az

Pənahova Xanım - Sİ2301

Pənahova Xanım - Sİ2301

Mətbuat katibi

penahovakhanm@gmail.com

Muradov Adəm - Sİ2302

Muradov Adəm - Sİ2302

İctimaiyyətlə əlaqələr üzrə menecer

muradov.adem.2302@atmu.edu.az

Xanəliyeva Hülya - Sİ2302

Xanəliyeva Hülya - Sİ2302

Sosial İdarəetmə Fakültəsi Başçısı Prof

xanaliyeva.hulya.2302@atmu.edu.az

Quluzadə Emilya - MEN2101

Quluzadə Emilya - MEN2101

Biznesin İdarəedilməsi Fakültəsi Başçısı Prof

guluzada.emilya.2101@atmu.edu.az

Abbasov Elşən - TİT2102

Abbasov Elşən - TİT2102

Turizm və Otelçilik Fakültəsi Başçısı Prof

abbasov.elshan.2102@atmu.edu.az

Qaniyeva Hökumə - TBQ2301

Qaniyeva Hökumə - TBQ2301

Qiyabi tələbələrlə iş üzrə menecer

qaniyeva.hokuma.2023@atmu.edu.az

Maysuradze Luiza  TİTR2101

Maysuradze Luiza TİTR2101

Layihələr Departamentinin rəhbəri:

maysuradze.luiza.2101@atmu.edu.az

Abbasova Yegane  TİTİ2302

Abbasova Yegane TİTİ2302

Klublarla iş üzrə menecer:

abbasova.yegana.2302@atmu.edu.az

Salayeva  Gülayə TİT2301

Salayeva Gülayə TİT2301

Koordinatorlarla iş üzrə menecer:

salayeva.gulaye.2301@atmu.edu.az

Yusubov Amin  MD2302

Yusubov Amin MD2302

Sosial Menecment Fakültəsinin meneceri:

yusubov.amin.2302@atmu.edu.az

Xudiyev Azər  Sİ2301 -

Xudiyev Azər Sİ2301 -

Sosial Menecment Fakültəsinin katibi:

xudiyev.azer.2301@atmu.edu.az

Biznesin İdarəsi Fakültəsinin meneceri:

Həşimov İsa  MAR2201

Həşimov İsa MAR2201

Biznesin İdarəsi Fakültəsinin katibi:

hashimov.isa.2201@atmu.edu.az

Əliyeva Ayan TB2302

Əliyeva Ayan TB2302

Turizm Qonaqpərvərlik Fakültəsinin meneceri

aliyeva.ayan.2302@atmu.edu.az

Yusifzadə Abas  TB2302

Yusifzadə Abas TB2302

Turizm Qonaqpərvərlik Fakültəsinin katibi:

yusifzade.abas.2302@atmu.edu.az