SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Azərbaycan Turizm və Menecment Universitetinin əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnal Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05.12.2011-ci il tarixli 3507 № ilə qeydiyyata alınmış, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 16 may 2014-cü il tarixli (protokol № 07-R) qərarı ilə İqtisad elmləri, Tarix elmləri və Sənətşünaslıq üzrə (6219.01-Kulturologiya və onun ümumi məsələləri; 6220.01-Muzeyşünaslıq) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlərin siyahısı”na daxil edilmişdir.

“Turizm və qonaqpərvərlik tədqiqatları” adlı çoxprofilli elmi jurnalda turizm sektorunun müasir inkişaf problemləri və onun sosial-iqtisadi inkişaf ilə qarşılıqlı əlaqələrinin nəzəri və praktiki problemlərinə həsr edilmiş məqalələrə üstünlük verilir. Jurnalda həmçinin sosial-iqtisadi inkişafın digər problemləri haqqında yazılmış orjinal məqalələrin dərcinə də yer verilir. Jurnal respublikamızda turizmin inkişafına xidmət göstərən xüsusi buraxılışlar dərc etmək hüququna malikdir. Jurnal rübdə bir dəfə çıxır. “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalına dünyanın hər yerindən Azərbaycan, türk, ingilis və rus dillərində məqalələr qəbul edilir.

“Turizm və qonaqpərvərlik tədqiqatları” elmi jurnalı 2012-ci ildən başlayaraq davamlı dərc olunur. Jurnal spesifikliyi və turizm sahəsinə aid ixtisaslar üzrə elmi araşdırmaların geniş elmi ictimaiyyətə çatdırılmasında faydalılığı ilə seçilir. Onun redaksiya heyətində dünyanın altı ölkəsindən sahə üzrə tanınmış mütəxəssislər təmsil olunub ki, bu həm redaksiyanın xaricdən maraqlı məqalələr almasına, həm də jurnalın Azərbaycandan kənarda yayılaraq tanınmasına kömək edir.

Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüququları eksklyuziv olaraq “Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalına aiddir.

Məqalə müəllifi(ləri)nə 1 nüsxə jurnal redaksiya tərəfindən hədiyyə edilir. Həmçinin məqalələrinin jurnalda yerləşdirldiyi qaydada tam mətninin elektron formasını jurnalın internet səhfəsindən əldə edə bilərlər.