SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
"Students League 2020" müsabiqəsi
20.11.2020
Vəfa Bəkirova
Bölmə: Xəbərlər
Baxış sayı: 46
"Students League 2020" müsabiqəsi

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Ayla Sultanova, Elçin Sultanzadə, Rüfət Məmmədov, Şərqiyyə Abbasova və Mirəli Həsənzadə Beynəlxalq Turizm Təşkilatının təşəbbüsü ilə keçirilən "Students League 2020" beynəlxalq müsabiqəsində iştirak etmişlər. Müsabiqəyə 50-dən çox ölkədən 70-ə qədər universitet qoşulmuşdur. ATMU müsabiqədə Azərbaycanı təmsil edən yeganə universitet olmuşdur.

Tələbələrimizin beynəlxalq müsabiqədə iştirakını dəstəkləyir və hər birinə bu təşəbbüs üçün təşəkkür edirik!

Müsabiqənin qalibi olan STP Bandung (İndoneziya) komandasını təbrik edirik.

Əlavə məlumat aşağıdakı linkdən əldə edə bilərsiniz.

https://www.unwto.org/students-league-platform/