"Əqli mülkiyyət üzrə başlanğıc”
08.12.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 196
"Əqli mülkiyyət üzrə başlanğıc”

ATMU üzvlərin nəzərinə!

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) tərəfindən təqdim olunmuş “ƏQLİ MÜLKİYYƏT ÜZRƏ BAŞLANĞIC” kursuna qatılmaq üçün müraciətlərin qəbulu bitmək üzrədir. Universitetimizin tələbə və heyət üzvlərini Böyük Britaniya Konsulluğunun təşəbbüsü ilə həyata keçirilən “Creative Spark” layihəsi çərçivəsində yaradılmış bu imkandan yararlanmağa dəvət edirik.

Kursun müddəti 2 saat təşkil edir. Bu müddət ərzində əqli mülkiyyətin əsas mahiyyəti haqqında iştirakçılara məlumat veriləcək.

Qeydiyyatdan keçmək üçün keçid: https://rb.gy/aur9ja

Son müraciət tarixi: 9 dekabr 2020-ci il.

Maraqlananlar sualları ingilis və rus dillərində DL101r.academy@wipo.int elektron poçt ünvanına göndərə bilərlər.