05.08.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 273
Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində professor-müəllim heyətinin işə qəbulu

Azərbaycan Turizm və Menecment Universiteti Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirdiyi “Turizm və Asudə vaxtın idarə edilməsi” ixtisası çərçivəsində beynəlxalq ikili diplom proqramı üzrə akademik heyət üçün vakansiya elan edir.

Əsas tələblər:

  • PhD elmi dərəcənin olması
  • İngilis dilində səlis yazı və danışıq qabiliyyəti (C1)
  • Akademik araşdırma aparmaq və beynəlxalq indeksli elmi jurnallarda dərc etdirmək
  • Pedaqoji təcrübə, innovativ tədris və təlim metodlarından istifadə etmək bacarığı

Fənlərin siyahısı:

  • Principals of Private and Public Law
  • International and Tourism Law
  • Tourist Behavior and Psychology
  • Current Issues in Tourism
  • Intercultural Competence
  • Finance and Investment
  • Economics in Tourism and Leisure Management
  • Culture, Heritage and Tourism
  • Controlling

Müraciət üçün son tarix 20.08.2024

Maraqlanan namizədlərdən ingilis dilində akademik CV-lərini mövzu hissəsində “AATP proqramı üzrə müəllim” və fənnin adını qeyd edərək international@atmu.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.