Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Türkiyə Respublikasında fəaliyyət göstərən Afyon Kocatepe Universitetinin nümayəndələri ilə görüş keçirilib. ATMU-nun rektoru İlham Mədətov Afyon Kocatepe Universitetinin nümayəndələrini rəhbərlik etdiyi ali təhsil müəssisəsində salamlamaqdan məmnunluğunu bildirib. Söhbət əsnasında universitetin yaranma tarixi, tədris sisteminin təşkili, təhsil proqramları, beynəlxalq əlaqələrin inkişaf tendensiyası və s. haqqında ətraflı məlumat verilib. Afyon Kocatepe Universitetinin rektoru Prof.Dr. Mehmet Karakaş səmimi qarşılanmaya görə təşəkkür etdikdən sonra adıkeçən universitetin fəaliyyət istiqamətinə aydınlıq gətirib. Qarşılıqlı fikir mübadiləsi şəraitində baş tutan tədbirdə iki qardaş ölkənin turizm ehtiyatları, o cümlədən Afyon bölgəsinin mövcud turizm potensialından səmərəli istifadə məsələsinə münasibət bildirilib.
Görüşün sonunda Azərbaycan Turizm və Menecment Unuversiteti və Afyon Kocatepe Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.