Əziz məzunlar, siz xüsusi təqaüd proqramı ilə Özbəkistanın “SİLK ROAD” Beynəlxalq Universitetində ingilis dilində magistratura təhsili almaq imkanı qazana bilərsiniz. Dövlət proqramı əsasında təhsil aldığınız müddətdə bütün xərclərdən azadsınız. Əlavə olaraq, 1 il ərzində sizin aylıq təqaüd almaq imkanınız olacaq, yataqxana ilə təmin olunacaqsız, aviabilet xərcləriniz qarşılanacaq, həmçinin Özbəkistanın və Mərkəzi Asiyanın tarixi ilə yaxından tanış olmaq üçün pulsuz səyahət imkanı əldə edəcəksiniz.
Təklif olunan magistratura proqramları:
-Logistics in tourism - Turizmdə logistika
-Tourism (by the field of activity) - Turizm (fəaliyyət növünə görə)
-Museum studies - Muzeyşünaslıq
-Management of cultural heritage - Mədəni irsin idarə edilməsi
-Creative industry - Yaradıcı sənaye;
-Archeology - Arxeologiya
Təqaüd proqramına daxildir:
-AYLIQ 500 USD təqaüd
-Aylıq 100 USD yataqxana xərcləri üçün
-il ərzində bir dönüş bileti
-İldə 2 dəfə ekskursiya xərcləri olaraq, hər səyahət üçün 100 USD olmaqla, cəmi 200 USD dəstək
Tələb olunan sənədlər:
-Pasport surəti
-Şəxsiyyət vəsiqəsi surəti
-Bakalavr diplomu
-CV (Europass)
-Şəkil 3x4
-İngilis dilindən serifikat (İELTS – 6.0, CEFR – B2, TOEFL – 72)
Bakalavr və ya magistr təhsil pilləsində ingilis dilində təhsil almış şəxlərdən dil sertifikatı tələb olunmur
-Esse (Plans after graduation, on the topic of "Contributing to the development of tourism of the SCO countries" – 1 -1.5 səh)
Ətraflı məlumat əldə etmək üçün ATMU Beynəlxalq Əlaqələr şöbəsi ilə əlaqə saxlaya bilərsiniz. Sizə lazım olan bütün texniki dəstək göstəriləcəkdir.
201-ci otaq / international@atmu.edu.az
Müraciət üçün son tarix: 15.08.2024
Müraciət edən namizədlərin seçimi Dövlət Turizm Agentliyi tərəfindən dəstəklənəcək.