ATMU-nun bakalavriatura və magistratura pillələrinin I kurs tələbələri ilə görüş keçirilib.
24-25 dekabr 2020-ci il tarixlərində 2020/2021-ci tədris ilinin qış imtahan sessiyası və tədris prosesi ilə əlaqədar universitetin bakalavriatura və magistratura pillələrinin I kurs tələbələri ilə Tədris-metodiki şöbənin müdiri, müvafiq fakültə dekanları və fakültə əməkdaşlarının iştirakı ilə onlayn görüşlər keçirildi. Görüşlərdə qış imtahan sessiyasının keçirilməsi qaydaları, Covid-19 pandemiyası dövründə tətbiq olunan yeniliklər və digər məsələlərlə bağlı tələbələrə ətraflı məlumat verildi. Həmçinin tələbələri maraqlandıran suallar universitet əməkdaşları tərəfindən cavablandırıldı.
Qeyd edək ki, növbəti həftədən etibarən digər kurslar üzrə görüşlərin keçirilməsi planlaşdırılır. Görüşlər haqqında məlumat tələbələrin korporativ e-mail ünvanlarına göndəriləcək.