12.09.2024
Tədris Metodiki Şöbə
Bölmə: Xəbərlər
Baxış sayı: 263
ATMU-nun I kurs tələbələri ilə tanışlıq görüşü keçiriləcək

Bu il Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbəsi adını qazananları ürəkdən təbrik edir, təhsildə uğurlar arzulayırıq. ATMU-nun I kurs tələbələri ilə 16.09.2024-cü il tarixdə universitet rəhbərliyi tərəfindən tanışlıq görüşü keçiriləcək və Bilik günü ilə bağlı təbrikdən sonra onlara dərs cədvəli, dərs saatları, universitetin hansı korpusunda dərs keçəcəkləri barədə məlumat veriləcək. Magistratura səviyyəsində isə dərslər axşam saatlarında 18:30-da başlayaraq (90 dəqiqə) həftə ərzində bəzi ixtisaslaşmalarda 3, bəzi ixtisaslaşmalarda isə 4 gün tədris olunacaq. Qeyd edək ki, I kursa qəbul olunanlar yuxarıdakı qeydlərlə bağlı müfəssəl məlumatları öncədən də universitetin müvafiq dekanlıqlarından öyrənə bilərlər.

Ünvan: Bakı şəhəri, Nərimanov ray., Koroğlu Rəhimov küçəsi, 822/23-cü məhəllə

 

Fakültə: Turizm və qonaqpərvərlik

İxtisasın adı: Turizm və otelçilik

İxtisaslaşmanın adı: Turizm işi; Otelçilik; Beynəlxalq turizm və ölkəşünaslıq.

İxtisas: MBA, Biznesin təşkili və idarəedilməsi (turizm və otelçiliyin idarə edilməsi)

Əlaqə nömrəsi: +994 12 564 42 33 (daxili 112)

 

Fakültə: Biznes idarəçiliyi

İxtisasın adı: Maliyyə

İxtisaslaşmanın adı: Maliyyə menecmenti; Maliyyə nəzarəti və audit.

İxtisas: İqtisadiyyat

İxtisaslaşma: Turizmin iqtisadiyyatı

İxtisas: Menecment

İxtisaslaşma: Menecment (sahələr üzrə)

İxtisas: MBA, Biznesin təşkili və idarəedilməsi (bank və sığortanın idarə edilməsi)

Əlaqə nömrəsi: +994 12 564 42 33 (daxili 128)

 

Fakültə: Sosial menecment

İxtisasın adı: Beynəlxalq münasibətlər

İxtisaslaşma: Beynəlaxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi

İxtisas: Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması

İxtisaslaşma: Muzeyşünaslıq; Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi

İxtisas: Qida məhsulları mühəndisliyi

İxtisaslaşma: Qida təhlükəsizliyi

İxtisas: Sosial iş

İxtisaslaşma: Əhalinin sosial müdafiəsi; Əhalinin əmək və həyat şəraitinin yaxşılaşdırılması

İxtisas: MBA, Biznesin təşkili və idarəedilməsi (ərzaq məhsullarının keyfiyyətinin idarə edilməsi); Biznesin təşkili və idarəedilməsi (sosial işin texnologiyası üzrə)

Əlaqə nömrəsi: +994 12 561 60 98 (daxili 206)