Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
Azərbaycan Turizm və Menecment Universiteti
13 sentyabr 2024-cü il tarixdə Azərbaycan Turizm və Menecment Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. İclasda ATMU-da 2024/2025-ci tədris ilinə hazırlığın vəziyyəti, yeni tədris ilində universitetə tələbə qəbulunun nəticələri və tələbə qəbulu ilə bağlı plan yerləri məsələsi müzakirə olunub.
Həmçinin Tədris-metodiki şöbənin 2023/2024-cü tədris ili üçün görülmüş işlər barədə yekun hesabatı, 2024/2025-ci tədris ili üçün akademik təqvimin təsdiqi, əlavə təhsil və doktoranturaya qəbulun nəticələri müzakirə mövzusu olub.
İclasda Keyfiyyət təminatı şöbəsinin strukturlarının 2023/2024-cü tədris ilinin iş planlarının icrasına dair hesabatı, ATMU-nun illik GZİT və özünətəhlil hesabatı dinlənilib, yeni tədris ili üzrə iş planlarının müzakirəsi aparılıb.
Eyni zamanda, “İctimai fənlər” kafedrasının professor əvəzi Minəxanım Əsədovanın professor elmi adı alması üçün Ali Attestasiya Komissiyası qarşısında vəsadət qaldırılması haqqında məsələlər müzakirə olunub, çıxışlar dinlənilib və müvafiq qərarlar qəbul edilib.