20.09.2024
Elm və İnnovasiya Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 760
Hörmətli doktorant/dissertant və müstəqil tədqiqatçılar!

29 noyabr 2024-cü il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda IX Respublika elmi-praktik konfransı keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə effektiv idarəetmənin inkişafı istiqamətində aparılan tədqiqat işləri çərçivəsində idarəetmənin mükəmməl modelinə nail olmaq, elmi tədqiqatların tətbiqi mexanizmini hazırlamaq, müxtəlif sahələrin idarə edilməsinin əsas mexanizmlərinin dövlətçiliyin inkişafına xidmət üsullarını müəyyənləşdirməkdir.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

  1. Təhsil və mədəniyyətin idarə edilməsi;
  2. Korporativ idarəetmə və biznesin idarə edilməsi;
  3. İdarəetmədə hüquq problemləri;
  4. Beynəlxalq münasibətlərin idarə edilməsində milli dəyərlər;
  5. Sosial və xidmət sahələrinin idarə edilməsi problemləri.

Məqalə və müəllif haqqında aşağıda göstərilən məlumatlar 15 noyabr 2024-cü il tarixədək science.atmu@atmu.edu.az elektron ünvanına göndərilməlidir.

  • Adı,soyadı,ata adı;
  • Elmi dərəcəsi;
  • İş yeri, vəzifəsi;
  • Telefon nömrəsi;
  • Elektron ünvanı;
  • Məruzənin mövzusu;
  • Məruzənin istiqaməti;
  • Texniki vasitələrdən istifadənin vacibliyi.

 

Təşkilat komitəsi təqdim edilən məruzələrin seçilib istiqamətlər üzrə qruplaşdıraraq proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilmir.

Konfransın işçi dili: Azərbaycan, ingilis və rus.

Məqalələrin tərtib olunma qaydaları:

  1. Məqalə müəllifinin adı, soyadı, iş yeri, e-mail ünvanı yuxarıda sağda yazılmalıdır;
  2. Azərbayacan dilində olan məqalələrin xülasəsi Azərbaycan, ingilis və rus dillərində, rus dilində olan məqalələrin xülasəsi rus, Azərbaycan və ingilis dillərində, ingilis dilində olan məqalələrin xülasəsi Azərbaycan,  ingilis və rus dillərində verilməlidir (minimum 100 söz);
  3. Xülasələrin yazıldığı dillərdə açar sözlər verilməlidir;
  4. Məqalələr MS Office proqramında A4 formatda yığılmalıdır, şrift - Times New Roman, şriftin ölçüsü – 12, interval: 1, mətndaxili yazıda abzas-1sm buraxmaqla hazırlanmalıdır. Məqalə mətninin çərçivə ölçüləri: soldan – 2.5 sm; sağdan – 2.5 sm; yuxarıdan – 3.0 sm; aşağıdan 3.0 sm;
  5.  Yuxarıdakı şərtlər nəzərə alınmaqla məqalələr 5-10 səhifə həcmində olmalıdır;
  6.   Məqalənin yazılışı zamanı iddiaçı istifadə etdiyi materialların mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir. Mətndəki istinaddan sonra kvadrat mötərizədə əsərin ədəbiyyat siyahısındakı nömrəsi, cild (çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) verilir. Məsələn, [4, s.162], [6, c.2, s.82-83] və s.

Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin saytında yerləşdirilmişdir. (http:// www.atmu.edu.az)

E-mail: science.atmu@atmu.edu.az     

Əlaqə telefonu: (012) 564-42-33 (daxili:125)

Ünvan: Bakı, Koroğlu Rəhimov 822/23