Rusiya Federasiyanın V.N.Tatışev adına Astraxan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Fadina Angelina Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) ziyarət edib.
Görüşdə ATMU-nun rektoru İlham Mədətov rəsmi qonağı salamlayaraq universitet haqqında, tədris prosesi, beynəlxalq əlaqələr və xüsusən ATMU heyətinin Astraxan şəhərində təşkil olunan beynəlxalq tədbilərdə iştirakı ilə bağlı ətraflı məlumat verib. Daha sonra ATMU-nun rəhbər heyəti ilə rəsmi qonaq arasında hər iki universitet arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib, xüsusilə beynəlxalq təhsil layihələri və proqramları çərçivəsində əməkdaşlıqların təşkili prioritet hesab edilib.
Öz növbəsində rusiyalı qonaq hər il inkişaf edən Rusiya–Azərbaycan əlaqələrindən və xüsusilə ölkəmiz ilə Astraxan şəhəri arasında mövcud olan ikitərəfli münasibətlərdən məmnunluğunu bildirib. Bununla yanaşı, rusiyali qonaq ölkəmizdə turizm sektorunun inkişafındakı müsbət cəhətlərin önəmini bildirərək son illərdə Astraxan şəhərinin turizm potensialının inkişafı üçün azərbaycanlı həmkarlar ilə əməkdaşlığın gücləndirilməsinin zərurətini vurğulayıb.
Sonda xatirə şəkli çəkilib.