25.09.2024
Kitabxana İnformasiya Mərkəzi
Bölmə: Xəbərlər
Baxış sayı: 98
ATMU-nun Kitabxana İnformasiya Mərkəzinə yeni nəşrlər daxil olub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Kitabxana İnformasiya Mərkəzinə tələbə və müəllimlərin istifadəsi üçün nəzərdə tutulan yeni nəşrlər daxil olub. Bu nəşrlər ATMU müəllimlərinin müəllifləri olduqları yeni dərs vəsaiti və monoqrafiyalardır.

Yeni nəşrlər arasında “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev və digər həmmüəllifləri olan “Həzmin fiziologiyası, qidalanma və sağlamlıq”, həmçinin “Servis fəaliyyəti” dərs vəsaitləri və “İctimai fənlər” kafedrasının müəllimi Səbinə Babayevanın “Azərbaycanın Milli muzeyləri və mədəni turizm potensialı” monoqrafiyası yer alıb.