Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvəlik fakültəsinin I kurs tələbələri Rusiya İnformasiya və Mədəniyyət mərkəzində ("Русский дом") keçirilən təhsil sərgisində iştirak ediblər. ATMU-nun Dillər kafedrasının baş müəllimi f.ü.f.d. Ülviyyə Baxşəliyevanın rəhbərliyi ilə baş tutan sərgi ziyarəti çərçivəsində Rusiya İnformasiya və Mədəniyyət mərkəzinin nümayəndəsi Natalya Nenaşeva bu qurumla əlaqələrin davamlı olması istəyini bildirib.
Tədbir zamanı Rusiyanın müvafiq müəssisələrinin nümayəndələri ilə görüşən universitet tələbələri adıçəkilən ölkədə təhsilin inkişaf dinamikası barədə məlumatlandırılıblar.