08.10.2024
--
Bölmə: Xəbərlər
Baxış sayı: 132
Virtual Təhsil Platforması ilə yeni biliklər daha əlçatandır

Hörmətli müəllimlər, əziz tələbələr!

Ənənəvi təlim üsullarını müasir formatda təklif edən Mərkəzi Bankın Virtual Təhsil Platformasına keçid linkini diqqətinizə təqdim edirik: https://edu.e-cbar.az/

Qeyd edək ki, bu platformanın əsas məqsədi iqtisadiyyat və maliyyə-bank sektorunda çalışan, bu istiqamətdə təhsil alan, həmçinin öz bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslərə, o cümlədən şagirdlərə dəstək olmaqdır.

Platformada mövcud olan distant tədris modulları istifadəçilərə zaman və məkan fərqi olmadan peşəkarlıq səviyyəsini təkmilləşdirmək imkanı yaradır.

Virtual Təhsil Platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.

İstifadəçilər virtual təhsil platformasında hər hansı kurs üzrə istənilən vaxt qeydiyyatdan keçib video-mühazirələrə, testlərə və digər tədris materiallarına çıxış əldə edə bilərlər.

Platformada yerləşdirilən bütün resurslar ödənişsizdir.