ATMU Erasmus+ Proqramı çərçivəsində beynəlxalq tədris fəaliyyətini genişləndirir
01.11.2024
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 110
ATMU Erasmus+ Proqramı çərçivəsində beynəlxalq tədris fəaliyyətini genişləndirir

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) beynəlxalq əməkdaşlıq və mübadilə fəaliyyətlərini inkişaf etdirmək məqsədilə Erasmus+ proqramını uğurla həyata keçirməkdədir. Bu proqram çərçivəsində ATMU turizm sahəsində tədqiqat aparan akademik mütəxəssisləri universitetə dəvət edərək, tələbələrə yeni bilik və perspektivlər təqdim edir.

Belə ki, Eskişehir Osmanqazi Universitetinin akademikləri Ebru Düşmezkalender və Cansev Özdemir Gözen ATMU-da tədris fəaliyyətlərinə qatılıb, turizm sahəsində tələbələrlə biliklərini bölüşərək, onların akademik inkişafına böyük töhfə veriblər. Onlar tələbələrə qlobal turizm tendensiyalarını və sektordakı yenilikləri öyrədərək, müasir dünyada daha kompetent olmalarına dəstək olublar.

Erasmus+ proqramı çərçivəsində bu cür beynəlxalq mübadilələr ATMU-nun tələbələrini qlobal turizm mühitinə daha hazırlıqlı və rəqabətqabiliyyətli etmək məqsədi daşıyır. Universitet beynəlxalq standartlara uyğun tədris səviyyəsini artırmaqla yanaşı, akademik əməkdaşlıqları da genişləndirməyi hədəfləyir.

ATMU gələcəkdə daha çox belə beynəlxalq tədbirlər və mübadilələr təşkil edərək, tələbələrə geniş perspektivlər açmağı və onlara qlobal turizm sahəsində müvəffəqiyyət qazanmaq üçün zəruri bilik və bacarıqları qazandırmağı planlaşdırır.