Azərbaycan Turizm və Menecment Universitetinin Menecment ixtisasının 2020-ci il məzunu Məhəmmədəli Həsənzadə vətən torpaqlarının düşmən işğalından azad olunması uğrunda 27 sentyabr 2020-ci ildə başlayan müharibədə iştirak etmişdir.
Ağdam, Füzuli, Cəbrayıl, Hadrut qəsəbəsi və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərmişdir.
Hadrut uğrunda gedən döyüşlərdə yaralı əsgər yoldaşını müharibə ərazisindən çıxararaq həyatını xilas etmişdir.
Noyabrın 6-da Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidimizlə fəxr edirik!