07.09.2020
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 194
Doktorantura və dissertanturaya sənəd qəbulu

Azərbaycan Turizm və Menecment Universiteti 2020/2021-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Namizədlərdən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul üçün tələb olunan sənədləri 07- 25 sentyabr 2020-ci il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək ATMU-nun əsas tədris binasında yerləşən Elm və innovasiya şöbəsinə (I mərtəbə) təqdim etməyi xahiş olunur.

Ətraflı məlumat: https://rb.gy/rvraso

Hər hansı sualınız yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 125) telefon nömrəsi və ya h.qasimli@atmu.edu.az vasitəsilə əlaqə saxlaya bilərsiniz.