15.01.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 788
İR peşakarı kimdir?

Əziz tələbə və məzunlar,

Sizləri "HR Talks" layihəsi çərçivəsində növbəti görüşə dəvət edirik. Layihəmizin altıncı təqdimatçısı Beynəlxalq HRM sertifikatına sahib olan Laura Həmidovadır. Laura xanım sizlərlə insan resurları peşəkarı və müasir tələblər barədə təqdimat edəcək.

Əgər siz gələcəyinizi "İR" mütəxəssisi olaraq görürsünüzsə, bu tədbirə mütləq qoşulun və faydalanın.

Görüş 19 yanvar saat 11:00-da ZOOM tətbiqi ilə həyata keçiriləcək. Tədbir tamamilə ödənişsizdir və sertifikat verilmir.

Yalnız qeydiyyatdan keçənlərə görüş linki göndəriləcək.

Qeydiyyat linki: https://rb.gy/4jsbem