29.01.2021
Vəfa Bəkirova
Bölmə: Xəbərlər
Baxış sayı: 975
ATMU məzununun daha bir uğuru

Azərbaycan Turizm və Menecment Universitetinin məzunu və BUTA Art & Sweets sosial biznes layihəsinin təsisçisi Sara Rəcəbli  daha bir uğura imza atıb. Belə ki, 27 Yanvar tarixində Qlobal Startup Mükafatının bütün dünya üzrə “People’s Choice: Individual“ nominasiyasının qalibi onlayn keçirilən sammitdə məlum olunmuşdur. 5 ölkə arasında keçirilən müsabiqədə (Azərbaycan,Mavritaniya,Avstriya,İtaliya,Cənubi Afrika Respublikası) Azərbaycanı təmsil edən Sara Rəcəbli bu kateqoriya üzrə 5591 səs toplayaraq qalib seçilmişdir.

Qeyd edək ki bu Qlobal Startup Mükafatı sammitində Sara Rəcəbli ilk və yeganə Azərbaycanlı qalib seçilmişdir. Yarışmaya qatılan 89 finalistdən 9 nəfəri dünya üzrə qaliblər siyahısına düşüb.

Sara Rəcəbli 2017-ci ildə BUTA Art & Sweets sosial biznesini təsis edib. Əsas məqsədi məhdudiyyəti olan qadınların hazırladığı şirniyyatların satışı ilə işsizlik problemini həll etməkdir. 

Məlumat üçün qeyd edək ki, Qlobal Startup Mükafatı təşkilatının əsas məqsədi milli, reqional və qlobal səviyyədə startup ekosistemlərində dəyişiklik edənləri dünyaya nümayiş etdirmək və daha çox insanları sahibkar olmağa ruhlandırmaqdır.

Məzunumuzu təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

Ətraflı məlumat: https://www.globalstartupawards.com/global-winners-2020