05.02.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 738
“Mikroiqtisadiyyat” fənni üzrə müəllim vakansiyası

Azərbaycan Turizm və Menecment Universiteti İngilis dili bölməsi üçün “Mikroiqtisadiyyat” fənni üzrə saathesabı qaydada müəllim vakansiyasını elan edir.

Tələblər:

- İxtisas üzrə elmi dərəcə (magistr, fəlsəfə və ya elmlər doktoru);

- İngilis dili biliyi;

- Müasir tədris standartlarına uyğun silabus və fənn materiallarını hazırlama bacarığı;

-Tələbə-yönümlü tədris metodikası;

- Ofis proqramlarında (xüsusilə Microsoft Word, Excel və Power Point) sərbəst işləmə bacarığı.

Son müraciət tarixi: 13.02.2021

Maraqlanan namizədlər mövzu hissəsində “Mikroiqtisadiyyat müəllimi” yazaraq career@atmu.edu.az elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərlər.

Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya career@atmu.edu.az vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər.