Azərbaycan Turizm və Menecment Universitetində Karyera Həftəsi çərçivəsində tələbələrimiz üçün “İş dünyasına ilk addım” adlı təlim keçirilib.
Təlim “Hyatt Regency Baku” hotelinin HR Manageri Nuranə Nuriyeva tərəfindən aparılıb. Görüş zamanı tələbələrə iş dünyasına hazırlıq, uğurlu CV-nin hazırlanması, iş müsahibəsində özünü düzgün təqdim etməyin yolları və HR mütəxəssislərinin namizədlərdə diqqət yetirdiyi əsas məqamlar barədə faydalı məlumatlar verilib.
Təlim tələbələrimizin əmək bazarına daha inamlı addım atması, peşəkar bacarıqlarını inkişaf etdirməsi və gələcək karyeralarına daha hazırlıqlı başlaması baxımından əhəmiyyətli olub.
Azərbaycanca