SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
ATMU təsis olunmasının 15-ci ildönümünü qeyd edir!
13.02.2021
Səidə Məmmədova
Bölmə: Xəbərlər
Baxış sayı: 566
ATMU təsis olunmasının 15-ci ildönümünü qeyd edir!

15 ildir ki, universitetimiz turizm və menecment sahələri üzrə peşəkar kadrların hazırlanması yolunda beynəlxalq standartlara cavab verən fəaliyyətini uğurla davam etdirir. Bu davamlı fəaliyyətin nəticəsində, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilən “Azərbaycan Turizm və Menecment Universitetinin bacarıqlarının artırılması” layihəsi çərçivəsində turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması istiqamətində 20 noyabr 2019-cu il tarixində universitetimiz ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi sertifikatına layiq görülmüşdür. Eləcə də, qeyd olunan layihə çərçivəsində bakalavriatura və magisturatura təhsil pillələri üzrə “Turizm və otel biznesi” proqramı 10 mart 2020-ci il tarixində Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüşdür.

ATMU nüfuzlu yerli və beynəlxalq qurumlarla əməkdaşlıq edir və tələbələrimiz bu müəssisələrdə təcrübə və könüllülük proqramına cəlb olunurlar. Həmçinin məzunlarımız qabaqcıl müəssisələrində əmək fəaliyyəti ilə məşğul olurlar.

ATMU ailəsinin hər bir üzvünü ürəkdən təbrik edir, birlikdə daha böyük uğurlara imza atmağımızı arzulayırıq!