Son illər Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında əməkdaşlığın şaxələndirilməsi prosesi yeni mərhələyə qədəm qoyub. Azərbaycan-İtaliya əlaqələrinin gündən-günə genişlənməsi, o cümlədən təhsil sənayesinin dinamik inkişafında da əhəmiyyətini bir daha təsdiqləyib. Bu günlərdə ölkəmizin ali təhsil məkanında ilk ikili diplom praktikasına imza atan AzərbaycanTurizm və Menecment Universiteti (ATMU) ilə İtaliya Respublikasının nüfuzlu Kalyari universiteti arasında akademik sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Kalyari universiteti İtaliyada fəaliyyət göstərən ən nüfuzlu və qədim ali təhsil müəssisələrindən biri hesab edilir. Əməkdaşlığa dair Anlaşma Memorandumunda müəllim-tələbə mübadiləsi və ikili diplom layihəsi prioritet istiqamət kimi öz əksini tapıb.