“Pandemiya dövründə keyfiyyətli tədrisin təşkili problemləri”
05.03.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 603
“Pandemiya dövründə keyfiyyətli tədrisin təşkili problemləri”

                                                                    AZƏRBAYCAN REPUBLİKASININ DÖVLƏT TURİZM AGENTLİYİ

                                                                          AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ

                                                                                                  MƏLUMAT MƏKTUBU

      Hörmətli həmkarlar!

      Azərbaycan Turizm və Menecment Universiteti 5-6 may 2021-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Pandemiya dövründə keyfiyyətli tədrisin təşkili problemləri” mövzusunda onlayn formatda beynəlxalq elmi konfrans keçirəcək. Konfransın keçirilməsində əsas məqsəd qlobal problemə çevrilmiş pandemiya dövründə ali təhsilin təşkilində keyfiyyətin təşkili təcrübəsi, təhsil və təlim bacarıqlarının dəyişən sənayenin tələblərinə uyğunlaşdırılması, təhsil proseslərinin səmərəliliyinin artırılmasında səylərin ortaya qoyulması və təhsildə beynəlxalq əməkdaşlığın artırılmasından ibarətdir.

           Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

  1. Pandemiya dövründə təhsil və təlim: problemlər, imkanlar;
  2. Pandemiya dövründə turizm təhsilində beynəlxalq əməkdaşlıq;
  3. Turizm sənayesi üçün kadr hazırlığı: təlim və tədrisin daim dəyişən sənaye və əmək bazarının tələblərinə uyğunlaşdırılmasında prioritetlər;
  4. Pandemiya dövründə ali təhsilin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi.

Konfransda iştirak etmək üçün məruzənin xülasəsi və müəllif haqqında aşağıda göstərilən məlumatlar 07 aprel 2021-ci il tarixinədək təşkilat komitəsinə göndərilməsi mütləqdir:

Adı,soyadı,ata adı

 

Elmi dərəcəsi

 

İş yeri, vəzifəsi

 

Poçt ünvanı (iş və ev)

 

Telefon, faks ( şəhər kodu göstərilməklə)

 

Elektron ünvan

 

Məruzənin mövzusu

 

          İstiqaməti

 

 

Məqalələrin tərtib olunma qaydaları: Mətnin yığılması - A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12 pt, interval 1, Times New Roman. Məqalələr Microsoft Word formatında yadda saxlanılmalıdır. Məqalələr 5 səhifədən az olmamaqla konfransın işçi dillərindən hər hansı birində (azərbaycan, türk, ingilis və rus) təqdim olunmalıdır. Xülasə (60-80 söz)  və açar sözlər (5-8 söz) məqalənin dərc olunduğu dildə və ondan əlavə iki dildə verilməlidir. 

İstifadə edilən ədəbiyyatlara istinadlar kvadrat mötərizədə ədəbiyyatın nömrəsi və səhifə göstərilməklə verilir [6,s.109].

Təşkilat komitəsi təqdim edilən məruzələrin seçilib istiqamətlər üzrə qruplaşdıraraq proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilməyəcək.

Konfransın işçi dilləri: azərbaycan, türk, ingilis, rus.

Məqalənin tam mətni 25.04.2021-ci il tarixinədək conference2021@atmu.edu.az elektron ünvanına göndərilməlidir.

Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin saytında yerləşdirilmişdir. (http:// www.atmu.edu.az)

Konfrans haqqında məlumatı  Azərbaycan dilində burdan yüklə bilərsiniz: Konfrans haqqında məlumat

Əlaqə telefonu: (012) 5644233 (daxili:122)

Ünvan: Bakı, Koroğlu Rəhimov 822/23

Email:  conference2021@atmu.edu.az

TƏŞKİLAT KOMİTƏSİ