“Ali təhsil müəssisələrində layihələrin idarə olunması üzrə potensialın gücləndirilməsi” layihəsi çərçivəsində ATMU-ya kitab təqdim edildi
04.03.2021
Vəfa Bəkirova
Bölmə: Xəbərlər
Baxış sayı: 660
“Ali təhsil müəssisələrində layihələrin idarə olunması üzrə potensialın gücləndirilməsi” layihəsi çərçivəsində ATMU-ya kitab təqdim edildi

Layihələrin İdarə Edilməsi Assosiasiyası (AzPMA) və British Petroleum (BP) şirkətinin birgə təşəbbüsü olan “Ali təhsil müəssisələrində layihələrin idarə olunması üzrə potensialın gücləndirilməsi” layihəsi çərçivəsində ATMU-ya 16 kitab təqdim edildi. Bu kitablar “Layihələrin idarə edilməsi” sahəsində Azərbaycan dilində çap olunmuş ilk dərslik kimi 2020-ci ilin dekabrında Təhsil Nazirliyi tərəfindən təsdiqlənmişdir.

ATMU-nun tələbə və əməkdaşları universitetin kitabxana mərkəzinə yaxınlaşaraq kitablardan istifadə edə bilər.

Qeyd edilməlidir ki, Azərbaycan Turizm və Menecment Universitetinin üç nəfər əməkdaşı adıçəkilən layihədə iştirak ediblər. Beynəlxalq dərəcəli ekspertlər tərəfindən keçirilən kurslarda iştirak edən əməkdaşlarımız Beynəlxalq Layihənin İdarə Edilməsi Assosiasiyası (IPMA) tərəfindən sertifikatlaşdırılaraq, IPMA vahid beynəlxalq reyestrinə daxil olublar.