01.04.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 220
Yelo Bankla tanışlıq tədbiri

Əziz tələbə və məzunlar,

Sizi Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün 07 aprel 2021-ci il saat 15:00-da Zoom proqramı vasitəsi ilə onlayn qaydada baş tutacaq Yelo Bankla tanışlıq tədbirinə dəvət edirik! 

Tanışlıq sessiyasının proqramı ilə tanış olun:

  • Salamlama (İR rəhbəri Nigar Ibadzadə)
  • Warmup oyunlar (Təlim və inkişaf rəhbəri Vüqar Cəfərov)
  • Yelo Bank-ın rebrendinqi və transformasiyası haqqında məlumat (İƏ rəhbəri Ayxan Şıxlinskiy)
  • Yelo Statistikası (filiallar, əməkdaş sayı) (Təlim və inkişaf rəhbəri Vüqar Cəfərov)
  • Yelo Bankın Yeni Dəyərləri (İR rəhbəri Nigar İbadzadə)
  • Yelo Ailəsinə Qoşul (Vakant iş yerləri) (İşə qəbul rəhbəri Kəmalə Eynullayeva)
  • Karyeraya nə üçün Yelo Bank ilə başlamalı? (İşə qəbul rəhbəri Kəmalə Eynullayeva)
  • Yelo Walk Mentorluq layihəsi (İşə qəbul rəhbəri Kəmalə Eynullayeva)
  • Yelo Challenge 2021 təcrübə proqramı haqqında məlumat (İşə qəbul rəhbəri Kəmalə Eynullayeva)
  • Raffle lotareyası (Hədiyyələrin oynanılması) (İR rəhbəri Nigar İbadzadə)

Tədbirə qeydiyyat üçün hiperkeçidə daxil olmağınızı xahiş edirik: https://rb.gy/bhsraw

Qeyd edək ki, Yelo Bank 2021-ci ili Gənclər İli elan edib! Bunu nəzərə alaraq, bank il ərzində gənclər ilə silsilə maraqlı tədbirlər keçirməyi planlaşdırır. Lahiyənin əsas məqsədi gənclərin iş həyatına inteqrasiyasında dəstək olmaq, bank işi ilə maraqlanan gənclərə bankçılıq üzrə mentorluq edib, onlar üçün təcrübə proqramları təşkil etməklə, karyerasını bank sahəsində qurmaq istəyən gənclərə iş təcrübəsi tələb olmadan müxtəlif sahələrdə iş imkanları təklif etməkdən ibarətdir.