UNWTO Beynəlxalq yarışma
08.04.2021
Vəfa Bəkirova
Bölmə: Elanlar
Baxış sayı: 21
UNWTO Beynəlxalq yarışma

Hörmətli tələbələr,

UNWTO – Ümumdünya Turizm Təşkilatı tələbələr üçün Beynəlxalq Yarışma elan edir.

Müsabiqədə ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin II, III və IV kurslarında təhsil alan bakalavr tələbələri iştirak edə bilərlər.

Əgər sizin Kəndlərin İnkişafı və Plastik Çirklənmə mövzuları ilə bağlı innovativ ideyanız varsa və bu ideyanı gerçəkləşdirmək istəyirsinizsə o zaman bu müsabiqəyə qatıla bilərsiniz.

Müsabiqədə iki mövzu üzrə namizədlərin müraciətləri qəbul edilir:

- Plastik çirklənmə ilə mübarizə (Plastic Pollution Challenge)

- Kənd ərazilərinin inkişafı (Rural Development challenge)

Yarışmaya qoşulmaq üçün son tarix: 11 aprel, 12:00 (günorta)

Maraqlanan şəxslər öz namizədlikləri barədə məlumatı international@atmu.edu.az email ünvanına göndərməlidirlər.

Emaildə aşağıdakılar qeyd olunmalıdır:

- Ad və soyad

- İxtisas və kurs

- Yaş

Yarışmanın sonrakı mərhələsi seçilmiş namizədlərə universitet tərəfindən izah ediləcəkdir.

Müsabiqədə iştirak üçün əsas tələb:

- ingilis dili biliyi

Müsabiqə haqqında ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz. https://www.unwto.org/students-league-