Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yeni onlayn layihəyə start vermişdir. “Business Talks” layihəsi çərçivəsində pandemiya dövründə gənclərin distant şəkildə dünya görüşünün artırılması və biznes sahəsində biliyinin yüksəldilməsinə yönəlmişdir. Layihə sosial əhəmiyyətlidir və biznes mühitində fərdi inkişaf, korporativ davranış, biznes etikası, digitallaşma və menecmet sahəsində müasir trendlər kimi mövzularda çıxışların keçirilməsi nəzərdə tutur.
Layihənin ilk qonağı BP-nin Yaxın Şərq və Xəzər Regionunda Xarici Əlaqələr və Kommunikasiya üzrə Vitse-Prezidenti Bəxtiyar Aslanbəyli olmuşdur. O, "Biznes mühitində fərdi inkişaf və karyera" mövzusunda gənclərə öz töhfəsini vermişdir. Onlayn görüşdə iştirakçıları maraqlandıran suallara cavab verən Bəxtiyar Aslanbəyli, əmək bazarında gedən müasir dəyişikliklərlə bağlı məlumatları da bölüşüb.
Təqdimat zamanı Bəxtiyar Aslanbəyli bir sıra vacib məsələlərə toxunmuşdur. Əmək bazarında rəqabətlilik dərəcəsinin qorunub saxlanılması və öyrənmə qabiliyyətinin daim artırılması prioritet olaraq qeyd olunmuşdur. Həmçinin, fərdi inkşafın digər sahələrdə də vacibliyi vurğulanmışdır. Gördüyümüz hər hansı bir işdə keyfiyyət faktorunun hər zaman yüksəkdə tutulmasını da digər vacib məsələ olaraq bildirib. O, bununla bərabər sosial və ictimai tədbirlərdə "Networking" imkanlarının vacibliyini də qeyd etmişdir.
Lahiyə çərçivəsində növbəti görüş 10 aprel tarixində baş tutacaq. Qeydiyyat üçün aşağıdaki linkə keçid edə bilərsiniz: https://rb.gy/aagslr