07 aprel 2021-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri (ATMU) və Yelo Bank əməkdaşlarının iştirakı ilə onlayn formatda keçirilən görüş faydalı olub.
“Yeloya xoş gəlmisiniz”adlı onlayn görüşdə bankın məsul əməkdaşları ATMU tələbələrinə bank xidmətləri, rebrendinqi və transformasiyası, Yelo Bankın dəyərləri, Yelo Statistikası, vakansiyalar, tələbələrin uyğun inkişafını hədəfləyən “Yelo Walk Mentorluq” layihəsi, “Yelo Challenge 2021” təcrübə proqramı və s. haqqında ətraflı məlumat veriblər.
Universitet tələbələri ilə görüş Raffle lotareyasının (Hədiyyələrin oynanılması) oynanılması ilə yekunlaşıb. Azərbaycan Turizm və Menecment Universitetinin 3 nəfər tələbəsi Yelo Bankdan xüsusi hədiyyələr qazanıblar.