SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
21.04.2021
Faina Qaçabəyova
Bölmə: Xəbərlər
Baxış sayı: 512
Creative Spark layihəsi çərçivəsində ATMU nümayəndələri təlimçilərin təlimində iştirak ediblər

Creative Spark layihəsi çərçivəsində Böyük Britaniyanın Grinviç Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları arasında 20 aprel 2021-ci il tarixində “Turizmdə sahibkarlıq istiqaməti” adlı MS Teams tətbiqi vasitəsilə onlayn təlimçilərin təlimi keçirilib.

Turizmdə sahibkarlıq sahəsi üzrə tədris metodologiyalarının tətbiqi, tələbə auditoriyasının təşviq edilməsi, müasir çağırışlar kimi mövzuları əhatə edən onlayn görüşdə Grinviç Universitetinin müəllimi və tədqiqatçısı Dr Jithendran Kokkranikal məruzəçi olaraq çıxış etmiş, ATMU və UNEC nümayəndələri mövzu ilə əlaqədar maraqlı fikir və təkliflərini səsləndirmişdir. Təlimdə ATMU-nun Turizm və qonaqpərvərlik, eləcə də Biznes idarəçiliyi fakültəsindən doqquz nəfər akademik heyət üzvü qoşulub.

ATMU Birləşmiş Krallığın dəstəyi ilə “British Council” tərəfindən maliyyələşdirilən bu proqrama 2021-ci ildə qoşulub. Qeyd olunmuş təlimə əlavə olaraq, Creative Spark çərçivəsində bu günə kimi 25 nəfər ATMU tələbəsi və əməkdaşı üçün "Learn English Select" onlayn dil kursundan yararlanaraq dil bacarıqlarını inkişaf etdirməyə imkan yaranmışdır. Hazırda 14 nəfər iştirakçı bu proqramı uğurla tamamlayaraq müxtəlif dil səviyyələri üzrə sertifikatlara layiq görülmüşdür. Layihə çərçivəsində ATMU-nun tələbələri “Big Idea Challenge” müsabiqəsinə qoşulmağa və öz biznes təkliflərini və təşəbbüslərini təqdim etməyə imkan qazanmışdır. Proqram çərçivəsində tələbələr üçün təlimin keçirilməsi, eləcə də turizmdə sahibkarlıq və innovasiya sahəsində təhsil və əməkdaşlıq mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulur.