23.04.2021
Səidə Məmmədova
Bölmə: Xəbərlər
Baxış sayı: 735
ATMU əməkdaşı ASK-ın “Turizm və xidmət üzrə iş” Komissiyasına üzv seçilib

Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin əməkdaşı Aida Bayramova Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş” Komissiyasının yeni üzvləri sırasında yer alıb. Belə ki, kommisiyanın növbəti iclası zamanı komissiya heyətinə yeni üzvlərin seçilməsi məqsədilə 18 nəfərin iştirakı ilə səsvermə keçirilib. Komissiyanın rəhbəri Ruslan Quliyevin irəli sürdüyü təşəbbüsün nəticəsində ATMU əməkdaşlı səs çoxluğu ilə seçilən 3 üzvdən biri olub.

Qeyd edək ki, sözügedən komissiyanın digər üzvləri "Plus Media Production"un direktoru Rəhim Qədirov və "Advantage Travel"in rəhbəri Orxan Məmmədlidir.