Azərbaycan Turizm və Menecment Universitetində “Qoşa Saat” layihəsi çərçivəsində 05.05.2021-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının Korporativ Biznes Departamentinin Korporativ müştərilərlə iş şöbəsinin müdiri Taleh Abbasov tərəfindən Korporativ satışların əsasları mövzusunda informativ xarakterli sessiya keçirildi. Sessiyada korporativ satışların mahiyyəti, korporativ müştərilərin cəlb olunması üzrə alət və vasitələr, müştəri meneceri olmaq üçün tələb olunan əsas bilik və bacarıqlar və bu kimi digər mövzular ətrafında geniş müzakirə aparıldı.
Sonda Taleh Abbasov tələbələrin suallarını ətraflı şəkildə cavablandırdı.