SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
08.05.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 774
H.Ə.Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş- “Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda konfrans

8 may 2021-ci ildə Azərbaycan Turizm və Menecment Universitetində Ümummilli lider H.Ə.Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş gənc tədqiqatçıların “Azərbaycan turizmi: bu günü və gələcəyi” mövzusunda VII Respublika elmi-praktiki konfransı keçirildi.

Konfransı Universitetin “Turizm və Qonaqpərvərlik” fakültəsinin dekanı Bahadur Bilalov açdı və 30 ilə yaxın ölkəmizə rəhbərlik etmiş Ümummilli liderin turizmin maddi-maddi texniki bazasının yaradılmasındakı xidmətlərindən danışdı.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov çıxışında konfrans iştirakçılarına uğurlar və bu sahədə yeni tədqiqatlar arzu etdi.

Plenar iclasdan sonra konfrans 7 Bölmədə işini davam etdirdi. Bölmələrdə 86 məruzə dinlənildi. Məruzəçilər ATMU, BDU, ADİU(UNEC), “Qərbi Kaspi” Universiteti, ATU təmsil edirdi.