Bugünlərdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) akademik heyəti və tələbələri Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən qiymətli dərs vəsaiti əldə ediblər. Korporativ sosial məsuliyyət layihəsi çərçivəsində "Dövlət maliyyəsi və dövlət siyasəti" adlı kitabın müəllifi ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun professoru, dünya şöhrətli iqtisadçı alim Conatan Qruberdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə TEAS Press nəşriyyatında Azərbaycan dilində işıq üzü görən dərs vəsaitindən indi dünyanın bir çox universitetlərində əsas dərslik kimi istifadə olunur.
“Dövlət maliyyəsi və dövlət siyasəti” adlı dərslikdən bəhrələnmək istəyənlər ATMU-nun KİM-nə müraciət edə bilərlər.