SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
ATMU-ya yeni dərsliklər hədiyyə olunub
26.05.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 565
ATMU-ya yeni dərsliklər hədiyyə olunub

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) kitab fondu gündən-günə yeni dərsliklərlə zənginləşir.ATMU-nun akademik heyət və uyğun ixtisas tələbələri üçün nəzərdə tutulan “Marketinqin əsasları”, “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı”, “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları” və “Kütləvi kommunikasiya mediası” adlı kitablar British Petroleum (BP) şirkətinin dəstəyi ilə TEAS-Press Nəşriyyatı evi tərəfindən nəşr olunub. Yeni dərs vəsaitləri “Pearson” nəşriyyatının orjinalı əsasında Azərbaycan dilinə tərcümə olunub.