02.06.2021 tarixində Avropa İttifaqının maliyyə dəstəyi ilə Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu “ERASMUS+ KA2” proqramı çərçivəsində “Rektorlar konfransının yaradılması” (EQAR) layihəsinin onlayn görüşünə həm əcnəbi, həm də yerli universitetlərin əməkdaşları qatılıb.
Görüşün keçirilməsində əsas məqsəd layihə çərçivəsində icrası planlaşdırılan tapşırıqların bölüşdürülməsi, həyata keçirilməsi və layihəyə uyğun mühüm sənədlərin hazırlanma qaydasının müzakirə olunması məsələsi idi. Tədbirdə layihənin gedişatına dair məlumatla bərabər, növbəti mərhələdə icrası planlaşdırılan işlərdən də detallı bəhs olunub.
Onlayn tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin layihə iştirakçıları görüləcək işlərdən söz açıblar. Layihənin təhsil sahəsinə müsbət nəticələr verəcəyinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, Avropa İttifaqının dəstəklədiyi “Rektorlar Konfransının yaradılması” (EQAR) layihəsinin 3 il fəaliyyət göstərməsi planlaşdırılıb.