05.07.2021
-
Bölmə: Elanlar
Baxış sayı: 380
Doktorantura və dissertanturaya sənəd qəbulu

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Azərbaycan Turizm və Menecment Universiteti

Azərbaycan Turizm və Menecment Universiteti Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 356s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2021/2022-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədləri 2021-ci il iyulun 5-dən 30-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 15:00-dək ATMU-nun əsas korpusunda Elm və innovasiya şöbəsinə (I mərtəbə) təqdim etmək olar.

Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə ( Ali təhsil müəssisəsinin rəhbərinə)

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

- şəxsiyyəti təsdiq edən sənədin surəti.

- fəlsəfə doktoru elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti (elmlər doktoru proqramı üçün);

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə yolu ilə qəbul olunurlar. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər artıq xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan veriblər. Xarici dildən imtahanda minimal keçid balını (25+) toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər artıq xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan veriblər. Xarici dildən imtahanda minimal keçid balını (25+) toplayan şəxslər növbəti mərhələyə (müsahibəyə) buraxılır.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Qeyd: Ali Təhsil müəssisələrinə doktorantura və dissertantura üçün müraciət etmək istəyən şəxslər həm də portal.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Qəbul planı: https://rb.gy/0ynxmh

Sənədlər ayrıca qovluqda müvafiq tələblərə uyğun hazırlanıb şəxsən təqdim edilməlidir.

Azərbaycan Turizm və Menecment Universiteti K.Rəhimov küç. 822/23-cü məhəllə Tel: (+994) 012 5644233

AZ 1072, Bakı ş., Elm və innovasiya (daxili 125) şöbəsi Email: h.qasimli@atmu.edu.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.atmu.edu.az saytına istinad zəruridir.