14.07.2021
-
Bölmə: Elanlar
Baxış sayı: 302
“TURİZM VƏ REKREASİYA XXI ƏSRDƏ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” mövzusunda V Beynəlxalq elmi-praktik konfrans

Hörmətli həmkarlar!

Azərbaycan Turizm və Menecment Universiteti 05 noyabr 2021-ci il tarixində “TURİZM VƏ REKREASİYA XXI ƏSRDƏ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR” mövzusunda V Beynəlxalq elmi-praktik konfransını keçirir.

Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə turizmin müxtəlif sahələrində qarşıya çıxan problemlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması yollarının müzakirə edilərək tətbiq üçün qəbulu və yeniliklərin daxil edilməsi istiqamətində perspektiv imkanların müzakirə edilməsidir.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:

1. Turizm və rekreasiya ehtiyatlarının tədqiqinin nəzəri və praktiki əhəmiyyəti

2. Turizm bazarı: müasir vəziyyət, problemləri və inkişaf perspektivləri

3. Turizm sahəsi üçün kadr hazırlığı

4. Turizmdə informasiya texnologiyalarının tətbiqi

5. Turizm və hotel təsərrüfatı

6. Turizm biznesinin təşkili və idarəedilməsi

7. Turizm mədəniyyətlərarası dialoq vasitəsi kimi

8. Turizmin inkişafında dövlət və yerli özünü idarəetmə orqanlarının rolu

Konfransda iştirak etmək üçün 15 sentyabr 2021-ci il tarixinədək Qeydiyyat formasını dolduraraq və məqalənin qısa məzmununu (xülasə) elektron poçt (conference2021@atmu.edu.az ) vasitəsilə təşkilat komitəsinə göndərməyinizi xahiş edirik.

Qeydiyyat forması:

· Adı,soyadı,ata adı;

· Elmi dərəcəsi;

· İş yeri, vəzifəsi;

· Poçt ünvanı (iş və ev);

· Telefon, faks ( şəhər kodu göstərilməklə);

· Elektron ünvan;

· Məruzənin mövzusu;

· İstiqaməti;

· Texniki vasitələrdən istifadənin vacibliyi.

Təşkilat komitəsi proqrama uyğun olaraq məruzələrin seçimini və proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilmir.

Konfransın işçi dili: azərbaycan, türk, rus və ingilis dilləridir.

Məqalənin tam mətni elektron şəkildə 05.10.2021-ci il tarixinədək conference2021@atmu.edu.az elektron ünvanına göndərilməlidir.

Məqalələrin tərtib olunma qaydaları:

Hər bir müəllif konfransa yalnız bir məruzə təqdim edə bilər.

Məruzələr Microsoft Word 2007 və ya daha son versiyada hazırlanmalıdır.

Məruzələrin maksimum həcmi – 10 səhifə (formula, cədvəl, şəkil, iqtibas, xülasə və açar sözlər daxil olmaqla), sətirlərarası məsafə 1,5 olmalıdır.

Səhifə aşağı ölçülərdə qurulmalıdır: yuxarıdan – 26 mm, aşağıdan – 20 mm, soldan – 20 mm, sağdan – 20 mm, kağız ölçüsü – A4.

Məruzənin başlığı Times New Roman 14, qalın (Bold) şriftlə böyük hərflərlə yığılıb mərkəzdə yerləşdirilməlidir. Sonrakı sətir boş saxlanmalıdır.

Akademik vəzifə, elmi dərəcə, müəllifin adı və soyadı Times New Roman 13, qalın (Bold) və maili (İtalic) şriftlə yığılıb mərkəzdə yerləşdirilməlidir.

Universitet, təşkilat, idarə Times New Roman 13, qalın (Bold) və maili (İtalic) şriftlə yığılıb mərkəzdə yerləşdirilməlidir. Sonrakı sətir boş saxlanmalıdır.

İngilis dilində 10 sətrə qədər annotasiya Times New Roman 12, abzasda 12 mm boşluq buraxılmaqla, maili (İtalic) şriftlə yığılmalıdır. Sətirlərarası məsafə 1,5 olmalıdır.

İngilis dilində 5 açar söz Times New Roman 12, abzasda 12 mm boşluq buraxılmaqla, maili (İtalic) şriftlə yığılmalıdır. Sətirlərarası məsafə 1,5 olmalıdır. Sonrakı sətir boş saxlanmalıdır.

Əsas mətn Times New Roman 12 şriftlə, abzasda 12 mm boşluq buraxılmaqla yığılmalıdır. Sətirlərarası məsafə 1,5 olmalıdır.

Başlıqaltı Times New Roman 12, qalın (Bold) şriftlə yığılıb mərkəzdə yerləşdirilməlidir. Əvvəlki və sonrakı sətirlər boş saxlanmalıdır.

Düsturların rəqəmlə nömrələnməsi mötərizədə (1), (2)... göstərməlidir və səhifənin sağ tərəfində yerləşdirilməlidir.

Cədvəllərin rəqəmlə nömrələnməsi səhifənin sağ tərəfində yerləşdirilməlidir. Cədvəlin başlığı mərkəzdə yerləşdirilməlidir. Əvvəlki və sonrakı sətirlər boş saxlanmalıdır.

Əsərdən gətirilən sitat mətnin içərisində yerləşdirilməlidir və onun səhifəsi göstərilməlidir [5, s. 23].

Ədəbiyyat siyahısındakı ədəbiyyatın sıra sayı rəqəmlərlə göstərilməlidir, Times New Roman, 12 şriftlə yığılmalıdır.

Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi saytında (http:// www.atmu.edu.az) və rəsmi facebook səhifəsində (www.facebook.com/atmu.official/?fref=ts) yerləşdirilmişdir.

Sonrakı fəaliyyətlər və təşkilati tədbirlər haqqında əlavə məlumat veriləcək.

Əlaqə telefonu: (+994 12) 5644233 (134)

Ünvan: Bakı, Koroğlu Rəhimov 822/23 Email: conference2021@atmu.edu.az

Təşkilat Komitəsi

Ətraflı məlumat: https://rb.gy/2i9kp3

_______________________

Уважаемые коллеги!

5 ноября 2021 года Азербайджанский университет туризма и менеджмента проводит V Международную научно-практическую конференцию «ТУРИЗМ И РЕКРЕАЦИЯ В XXI ВЕКЕ: ПРОБЛЕМЫ И ПЕРСПЕКТИВЫ».

Для более подробной информации: https://rb.gy/ntaxku

_____________________

Dear Colleagues!

Azerbaijan Tourism and Management University is holding the V International Scientific-Practical Conference on "TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PERSPECTIVES" on November 5, 2021.

More information: https://rb.gy/au1bsw

____________________

Sayın akademisyenler ve öğretim görevlileri,

Azerbaycan Turizm ve Menecment Üniversitesi, 5 Kasım 2021'de "XXI YÜZYILDA TURİZM VE REKREASYON: SORUNLAR VE PERSPEKTİFLER" konulu V. Uluslararası Bilimsel-Uygulama Konferansı'nı düzenliyor.

Daha fazla bilgi: https://rb.gy/awrg54